...

Əhməd Davudoğlu Qətərdə Fələstin probleminin həlli üzrə danışıqlar aparacaq

Siyasət Materials 25 İyul 2014 13:44 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fələstin probleminin həlli üzrə danışıqlar aparmaq üçün Qətərə yola düşüb.
Əhməd Davudoğlu Qətərdə Fələstin probleminin həlli üzrə danışıqlar aparacaq

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fələstin probleminin həlli üzrə danışıqlar aparmaq üçün Qətərə yola düşüb. Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Bundan əlavə, Ə.Davudoğlu bununla əlaqədar Fransa XİN-in rəhbəri Loran Fabiusla telefon danışıqları aparır.

Bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə İsrailin Fələstinə qarşı hərbi təcavüz həyata keçirdiyi bir vaxtda susmayacaq.

Baş nazirin sözlərinə görə, bəzi Qərb ölkələri İsrailin hərəkətlərinə göz yumur: "Bu onu deməyə əsas verir ki, onlar fələstinlilərə qarşı hərbi təcavüzün tərəfdarıdırlar".

Bundan başqa, R.T..Ərdoğan İsrailin fələstinlilərə qarşı əməllərini nasistlərin yəhudi xalqına qarşı etdiyi hərəkətlərlə eyniləşdirib.

Baş nazir qeyd edib ki, İsrail regionda terrorizmin yayıcısıdır.

İyulun 25-də səhər 10 minə yaxın fələstinli Ramallahda İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı etiraz aksiyası keçirib.

İsrail ordusunun əsgərləri ilə fələstinlilər arasında baş verən toqquşmalarda 3 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bildirilir ki, İsrail hərbçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağı tətbiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti