...

Latviyanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir

Siyasət Materials 6 Avqust 2014 14:36 (UTC +04:00)
Avqustun 7-də Latviya Respublikasının Müdafiə naziri cənab Raymonds Veyonis Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Latviyanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/

Avqustun 7-də Latviya Respublikasının müdafiə naziri cənab Raymonds Veyonis Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Cənab R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 11-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti