...

Həştərxan vilayəti Dumasının deputatları Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatorunun təqdimatını dəstəkləyiblər

Siyasət Materials 14 Avqust 2014 20:04
Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər.
Həştərxan vilayəti Dumasının deputatları Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatorunun təqdimatını dəstəkləyiblər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər.

Trend AzərTAc-a istinadən xəbər verir ki, regional parlamentin deputatları plenar iclasda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməyə namizədliyini müzakirə ediblər.

Dumanın rəsmi saytında bildirilir ki, Mehriban Əliyeva Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə məşğul olan Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond Mehriban Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan bağ və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. 2012-ci ildə Azərbaycan-Rusiya Dostluq Körpüsü açılıb. Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və "Meçta" uşaq əyləncə şəhərciyi də Fondun gördüyü xeyirxah işlər sırasındadır.

Hazırda həyata keçirilən layihələrdən biri 240 yerlik uşaq bağçasının tikintisidir. Bu layihənin birinci növbəsi 2014-cü ilin sentyabr ayına qədər başa çatdırılmalıdır. Vilayətdə Azərbaycan mədəni-işgüzar mərkəzinin açılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti