Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Siyasət Xəbər 16 Avqust 2014 09:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərində avqustun 18-dən 20-dək "Əməliyyat İmkanları Konsepsiyası tibb bölməsinin inkişaf etdirilməsi" mövzusunda seminar keçiriləcək. Bununla yanaşı, avqustun 18-dən 22-dək "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti