"...Sən də, dünyada yerin də yeganə və bənzərsizdir..."

"...Sən də, dünyada yerin də yeganə və bənzərsizdir..."

Siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Məlahət İbrahimqızı

Bu bir gerçəklikdir ki, həyat başqalarının dərdini öz dərdi kimi yaşayanları, onların göz yaşına öz göz yaşını qatanları, onların sevincinə şərik olanları daha çox ucaldır və onlara daha çox səadət və ucalıq bəxş edir.

Belə insanlar üçün həyatda tək bir amal var. Həqiqi mənada bu onlarda hər cür təmanna hisslərindən uzaq insanlığa xidmət etmək, bəşəri dəyərlər adına, mənsub olduğu xalq və ölkə adına şan və şöhrət gətirmək arzusudur.

Belə şəxsiyyətlərdə həyatda yaşamaq insanlığa xidmət etmək üçün bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir. Daha doğrusu, onların həyata baxışlarında zaman və məkan insanların özünü təsdiqi üçün verilmiş şanslardır.

Onlarda insanlığa olan bu tükənməz sevgi Yaradana ilahi və əbədi məhəbbətdən qaynaqlanır.

Bəli... O, insanları insan olduğuna görə sevməklə özünü sevdirdi və bununla da fəaliyyətə başladığı ilk gündən təvazökarlıqla öz mesajlarını cəmiyyətə, ümumiyyətlə, hər kəsə çatdırdı.

Əslində Mehriban xanım Əliyeva öz həyat kredosunun formulunu "..kimsənsə, elə də olmalısan.... Özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən... Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir" - deməklə bildirmişdi. Və hər kəsin də öz formulunu müəyyən etməyi arzulamışdı.

O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı, işgüzarlığı, gərgin əməyi və narahat həyatı ilə, eyni zamanda, təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini və inamını qazandı.

Onun dəstəyi ilə həyata keçirilən qlobal səviyyəli layihələrin şüaları tezliklə onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq təşkilatların, Avropa, Asiya, Afrika və daha uzaq yerlərin diqqətini özünə cəlb etməyə başladı.

Dünya Onun bu nəcib fəaliyyətini rəğbətlə qarşılayaraq alqışladı və bu gün O beynəlxalq aləmdə zərif cinsin ən güclü simalarından biri kimi tanınır, qəbul olunur və sevilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva.

Bəli, O, taleyinə və qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, bəlkə də yaşına uyuşmayan müdrikliyi, ən əsası, onu gözəlləşdirən əməlləri ilə zamanın fövqünə ucalmağı, onun parlaq zərrəsinə çevrilməyi bacardı. İndi O, heç bir mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı qəbul etdiyi şəxsdir. Və etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək elə də asan deyildi. O isə bunu bacarır və özü də çox təbii və yüksək səviyyədə.

İftixarla deməliyik ki, çox qısa zamanda Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində ilk dəfə Birinci Xanım İnstitutunu yaradaraq, onun banisi oldu.

Bu gün o, təkcə öz ölkəsinin sevimli Birinci Ledisi deyil, dünyanın çox sevilən, ən fədakar və hörmətlə yanaşılan birinci ledilərindən birinə, bəlkə də birincilərinə çevrildi. Onun qurduğu Birinci Ledi İnstitutu bəzi ölkələrdəki formal bir institut kimi deyil, canlı bir varlıq, nümunəvi bir model kimi bir çox ölkələrə də örnək oldu.

Şübhəsiz ki, zaman keçəcək, illər və fəsillər biri-birini əvəz edəcək və dünyanın Birinci Ledi İnstitutunun tarixi təcrübəsi vərəqlənərkən Azərbaycanın Birinci Xanım İnstitutunun zəngin təcrübəsi nümunəvi bir məktəb olması ilə seçiləcəkdir.

Sözsüz ki, heç tərəddüd etmədən belə deyə bilərik ki, qədim və rəngarəng tarixi keçmişi, bu keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi məhz ölkəmizin Birinci Xanımının simasında indi açılır.

Bu gün O, beynəlxalq aləmdə Azərbaycan qadınının əsl portretini təqdim etdiyindən onun simvoluna çevrilmişdir. Ölkəmizdə, eləcə də ölkəmizdən çox uzaqlarda yüzlərlə, minlərlə sadə insanlar indi öz ehtiyacları üçün mərhəmətin və sevginin əsl ünvanı olan Mehriban xanım Əliyevaya müraciət edirlər. Təbiidir... Çünki bu nəcib və müdrik xanım öz fəaliyyəti, humanist ideyaları və xeyirxahlığı ilə artıq çoxdan mütərəqqi ictimaiyyətin cazibə mərkəzinə çevrilmışdir. Onun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər. Bu mənada fəxrlə deməliyik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O bu ölkənin və xalqın ən ali mükafatına layiq görülməsin və dünyanın hər bir yerindən olan bu insanlar artıq çox gözəl dərk edirlər ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə öz sevgisini və mərhəmət dolu yardımını paylaşır.

Mehriban xanım Əliyevanın "...bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı olur. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır..." fikirlərini düşündükcə onun insanlığa olan sonsuz sevgi və mərhəmətinin səbəbi tam aydın olur. Əslində bu fikirlər eyni zamanda laqeyd və biganə dünyaya bir mənəviyyat dərsidir.

Ayrı-ayrı ölkələrdə hər cür siyasət və riyakarlıqdan uzaq, təmiz və sadə insanlar Mehriban xanım Əliyevaya olan məhəbbət və rəğbətlərini Onun "...bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir..." - mərhəmət fəlsəfəsinə, bəşəri dəyərlərə sonsuz sevgisinə öz yazdıqları səmimi müraciət, şeir və nəğmələri ilə ifadə edirlər. Bəziləri isə onun obrazını təsəvvürlərində yaratdıqları kimi: "Təhsil Hamisi", "Kimsəsiz Uşaqlara Ana Nəfəsi", "Bəşəri Dəyərlər Fədaisi", "Xocalının Haray Səsi", "Mərhəmət Carçısı" adlandırırlar.

İnsanlar Onun haqqında yazmağı, danışmağı və fikir söyləməyi özlərinə şərəf və borc bilirlər.

Əlbəttə, Mehriban xanım Əliyevanın portretini cızmaq hədsiz dərəcədə çətindir. Çünki Mehriban xanım Əliyeva haqqında ən gözəl sözü də, ən gözəl məqaləni də, ən oxunaqlı kitabı, ən gözəl musiqini də elə O öz əməlləri və fəaliyyəti ilə yaratmışdır.

Hətta ən qüdrətli yaradıcı sənətkar belə Onu və onun insanlığa xidmət yolunda sevgi dolu fəaliyyətini Onun qədər xarakterizə edə bilməz.

Onun haqqında yazılan bütün əsərlərdə, kitablarda, nəğmələrdə müəlliflərin qələmə aldığı fikirlər Mehriban xanımın müqəddəs fəaliyyətinin tərənnüm edilməsi yolunda olan cəhdlərdir.

Mehriban xanım Əliyeva ilk gündən yaratmaq istədiyi Kitabın epiloqunu: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir" deməklə öz məramlarını söyləyir.

Çox dərin fəlsəfi məna daşıyan bu hikmətli fikirləri oxuyub düşündükcə Onun fəaliyyətinin nə qədər yüksək zirvələrdə dayanmasının bir daha şahidi oluruq.

Bu mənada Mehriban xanım Əliyevanın fəaliyyətini son dərəcə mahir və istedadlı yazıçı səriştəsi ilə və ən əsası isə böyük səmimiyyətlə yazılmış bir "KİTAB"-a bənzətsək daha doğru olar.

Səhifələri bitməyən və sevilərək oxunan, həyata keçirdiyi çoxşaxəli, çoxhəcmli və çoxmiqyaslı layihələrlə zəngin bu Kitab o qədər zəngindir ki, onu bir gündə, bir ayda, bir ildə vərəqləmək, oxuyub başa çatdırmaq mümkün deyil.

Bu kitab həm də onun çox yığcam, ibrətamiz, müdrik və dərin fəlsəfi fikirləri ilə zəngin olan məruzə və çıxışlarıdır. Mehriban xanım Əliyevanın hər bir cümləsi sanki bir aforizmdir, bir hikmətdir. Bu Kitab həm də Onun həyata baxış fəlsəfəsidir. Hədsiz maraqlı və gərəkli olan bu kitabı oxucu oxuduqca onun əbədiyyən davam etməsini arzulayır.

Əziz oxucular!

Möhtərəm Birinci Xanımımızın fəaliyyətini əks etdirən, hər sətrində insan sevgisi, mərhəmət və fədakarlıq dayanan və bizlərin şahidliyi ilə yaratmış olduğu Həyat Kitabının səhifələrini vərəqləməklə, ona olan səmimi düşüncələrimi böyük məmnuniyyətlə sizlərlə birgə paylaşmaq istədim.

2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram və onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan və onun adını daşıyan Fonda rəhbərlik edən Azərbaycanın Birinci Xanımı tezliklə humanist ideyaların carçısına çevrildi.

O, tezliklə ölkəmizdə xeyriyəçilik hərəkatının formalaşmasına və kütləviləşməsinə nail oldu. Bu mənada Mehriban xanım Əliyevanı xeyriyyəçilik hərəkatının banisi hesab etsək, heç yanılmarıq.

O, Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi, bununla da Ulu Öndərin uşaqlara olan sonsuz sevgisini layiqincə təcəssüm etdirir və yaşadır. Təsadüfi deyil ki, Onun uşaqlarla bağlı gördüyü işlər Fondun ilk və ən böyük tədbirlərindən və ilk layihələrindən bir oldu.

Bir göz qırpımında sanki işıq sürəti ilə, gecəsini gündüzünə qataraq, ölkəmizdə elə bir həssas qrup və ya köməyə ehtiyacı olan sahə qalmadı ki, orada Möhtərəm Birinci Xanımımızın ülvi şəfqəti və dəstəyi olmasın. Qocalar evi, uşaq və əlillər evi, internatlar, daha nələr... Sadalamaqla bitməz.

Mehriban xanım Əliyevanın "bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmaq istəmir" deməsinin səbəbi də Onun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.

Mehriban xanım Əliyeva "...bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmaq istəmir.. " düşüncəsi ilə sanki insanları qayğı, mərhəmət göstərməyə tələsdirir...

Fond tərəfindən Ulu Öndərimizin dillər əzbəri olan "Təhsil millətin gələcəyidir" prinsipi əsas meyar kimi götürüldü.

Azərbaycanın Birinci Xanımı Yeniləşən Azərbaycan üçün Yeni Məktəb Konsepsiyasını irəli sürdü və qısa zamanda çox böyük layihələrlə ölkəmizdə inanılmaz uğurlar qazanıldı. Yüzlərlə məktəblər, daha doğrusu, təhsil müəssisələri xalqın istifadəsinə verildi. Minilliyin çağırışlarının əsas hədəflərindən olan hər kəs üçün təhsil Heydər Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu. Mükəmməl səviyyədə təhsil almaq imkanı üçün təhsilin ən müasir və yüksək standartlara cavab verən infrastrukturun yaradılmasına start verildi. Ən ucqar bölgələrdən başlayaraq ardıcıl və çoxsaylı yeni məktəb layihələri həyata keçirildi. Elə layihələr ki, fiziki və əqli vəziyyətindən asılı olmayaraq bütün azərbaycanlı uşaqların zövqünü oxşadı. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək, ən zəruri səhiyyə layihələri insanların sabaha ümid çırağına çevrildi.

Valideyn himayəsindən məhrum olan uşaqlara ana məhəbbəti, onlara qayğı əsl insanlıq nümunəsi oldu.

Kimsəsizlərə kimsə və dayaq olmağın gerçək və həqiqi mahiyyətini əməli ilə sübut etdi.

Əslində Fond tərəfindən gənc istedadlara yaradılan şərait də bu uşaqların parlaq sabahı, millətimizin isə gələcəyi demək idi!

Bu gün Azərbaycan xalqı Fondun bəşəri dəyərlərə xidmət edən, qlobal səviyyədə geniş miqyaslı və humanitar proqram və layihələrinin nəticələrindən qürurla danışır.

Fondun həyata keçirdiyi layihələr arasında bir sıra xarici ölkələrdə məktəblərin tikilməsi, dünya mədəniyyətinin nadir incilərinin bərpasının və qorunub saxlanması, xarici ölkələrdə belə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı xeyriyyəçilik tədbirləri Azərbaycanın Birinci Xanımının insan və insanlıq naminə əsl fədakarlığınının nümunəsi idi!

Bu mənada təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində milli mənəvi dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin bərpası və təmirinə yönələn layihələrin böyük rezonans yaratması da təbiidir.

Mehriban xanım Əliyeva dünyaya gözünü açdığı gündən hər bir xalqın milli və mənəvi dəyərlərinin müqəddəsliyinin olduğu mühitdə, ruhda böyümüş və tərbiyə almışdır.

Odur ki, uzun əsrlik tarixi olan milli mənəvi dəyərlərmizin qorunmasında xalqımızın hansı keşməkeşli yollar keçdiyini Mehriban xanım Əliyeva öz çıxışlarında daima insanlara xatırladır. Onun müstəqil dövlətimizdə istər xalqımızın Ulu Öndəri Heydər Əliyevin, istərsə də Prezidentimiz möhtərəm cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqətinə dəstək verməsini və bu məntiqi qiymətləndirməmək mümkün deyil.

Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin qarşısında yanan gur işığın şöləsi dünyanın dörd bir yanına yayılmış və bəşər sivilizasiyasına çoxsaylı töhfələr verən xalqımızın minilliklər boyu yaratmış olduğu mədəniyyətin zənginliyi bəşər insanını heyran qoymuşdur.

Bu gün nə qədər xoşdur ki, insanların siyasətdən usandığı və yorulduğu, siyasi danışıqlara inamsızlığın mövcud olduğu bir zamanda Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu, ardıcıl və prinsipial mədəniyyət layihələri nəticəsində dünyanın müxtəlif coğrafiyasından olan fərqli rənglərdə və dillərdə olan insanlar Azərbaycan musiqisinin və mədəniyyətinin dilində danışır. Heydər Əliyev Fondunun prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən biri hesab olunur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs siyahısında; aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, Novruz bayramı, eləcə də xalqımızın qədim milli Çövkən oyunu YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında özünə yer almışdır!

Mehriban xanımın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyəti misilsizdir. Onun təkcə YUNESKO-nun Baş qərargahında təşkil etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla bağlı nəşrlər, görkəmli şəxsiyyətlərimizin yubileyləri, ölkəmizin sürətli inkişafı, tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti, xalçaçılıq sənəti, milli kulinariyası, müstəqillik illərində inamla irəliləyən Azərbaycanın sürətli inkişafını göz önünə gətirən bənzərsiz sərgilər, incəsənət ustalarının doyumsuz konsert proqramları...

Hər biri bir-birindən bənzərsiz olan və Azərbaycan təntənəsi yaşanan təkrarsız tədbirlər.

Əslində hər bir layihənin təbliğini bu milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan insanın tanıtımı kimi də qiymətləndirmək olar. Heydər Əliyev Fondunun prezidentinin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin yox, eyni zamanda, YUNESKO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar tarixi hadisə kimi sayılmalıdır.

Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət sahəsində Bakıda keçirilən mötəbər beynəlxalq tədbirləri yada salaq.

Birinci Ledinin Azərbaycan-YUNESKO münasibətlərinin möhkəmlənməsindəki danılmaz xidmətləri də ayrıca söhbətin mövzusudur.

UNESKO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın "Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır" fikri çox böyük mətləbləri təsdiq edir.

Qurumun hazırkı Baş direktoru İrina Bokovanın Mehriban xanım haqqında qənaətini də bölüşməyə bilmərəm: "Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, YUNESKO üçün şərəfdir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız".

İzlədiyimiz bütün tədbirlərdə Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfirləri arasında nə qədər böyük nüfuza malik olmasının iftixar hissi ilə şahidi oluruq.

Təbiidir, Azərbaycanın Birinci Xanımı YUNESKO-nun məqsəd və məramlarının həyata keçirilməsində çox əhəmiyyətli işlər görərək, təşkilatın nüfuzuna mühüm töhfələr verir.

Əminliklə deyə bilərəm ki, təsis edildiyi gündən çağımızadək YUNESKO-nun keçdiyi tarixi yola baxsaq, YUNESKO-nun xoşməramlı səfirləri sırasında Mehriban xanım Əliyevanın özünəməxsus və misilsiz xidmətlərinin olduğunun şahidi olarıq.

Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri kimi qısa müddətdə üçüncü minilliyin ən önəmli problemlərindən olan mədəniyyətlərarası dialoqa və tolerantlığa özünün davamlı töhfələrini verir. Günümüzdə gündən-günə artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü ilə yaradılmış Beynəlxaq Tolerantlıq Mərkəzi beynəlxalq ictimaiyyət üçün model olmaqla, sülhün, humanizmin, əmin-amanlığın, sabitliyin, dostluğun, qardaşlığın və rifahın qorunması üçün dünya insanlarına bir çağırışıdır.

Bu mənada Azərbaycanın Birinci Xanımının ictimai vəzifələri sırasında, daha doğrusu, insanlıq üçün təmənnasız xidmətləri sırasında İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının, İSESKO-nun xoşməramlı səfiri kimi fəxri, şərəfli və məsuliyyətli missiyasından doğan fəaliyyəti İslam dünyası üçün bir fəxarətdir desək, daha ədalətli yanaşma olar. Heç də təsadüfi deyil ki, ölkəmizlə İƏT-nin müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Onun fəaliyyəti də İslam aləmində çox təqdirəlayiq qiymətləndirilir.

"Bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz" sualına Azərbaycanın Birinci Xanımı belə cavab verir:

"Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim mədəniyyətin, incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır".

Mehriban xanımın bütün fəaliyyətinin böyüklüyü və ucalığının səbəbi onun içdən gələn səmimiyyəti və vətənpərvərliyidir!

O, istər YUNESKO-dan, istərsə İSESKO-dan, istərsə də digər mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin çatdırılması üçün istifadə edir, özü də böyük məharətlə.

O, çox önəmli auditoriyalarda çıxışları zamanı ölkəmizin uğurlarını diqqətə çatdıraraq, nəzərləri hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərindən danışır, işğal altında qalan tarixi və mədəni abidələrimizin qorunması məsələsini qaldırır, onların məhv edilməsindən narahatlığını ifadə edir.

Fərqi yoxdur hansı tipli tədbirdir, Mehriban xanım Əliyevanın mükəmməl nitqləri, çıxışları Azərbaycanı tanıtmaq, onun keçdiyi şərəfli yol haqqında yığcam və yüksək səviyyəli təəssürat yaratmaq, bir sözlə, xalqımızın milli kimliyinin təqdimatı baxımından xüsusi əhəmiyyətə malikdir...

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və iştirakı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir sıra xarici ölkələrdə keçirilən tədbirlər də sıradan tədbirlər deyildi!

Dünyanın harasında olursa-olsun, bu tədbirlər Azərbaycanın layiqli təqdimatı, Azərbaycanın təbliğidir. Bu tədbirlər Şərqlə Qərbin, daha doğrusu, mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu hər kəsə dönə-dönə anlatmaqdır. Bu gün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək onun ayrılmaz bir üzvüdür!

"Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq", - deyən Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən qlobal layihələr də geniş əks-sədaya səbəb oldu.

Onun bu fikirləri Azərbaycanın Birinci Xanımının bütün layihələrində və fəaliyyətində milli dəyərlərlə bəşəri dəyərlərin sintezinin və vəhdətinin vacibliyini bir daha sübut edir.

Bütün bu humanist addımların və ülvi fəaliyyətin əsl fəlsəfəsi ancaq bir amala söykənir. Bu müqəddəs amal dünyanın mədəni irsini qorumaq, dünya insanına, bütövlükdə bəşəriyyətə sevgi və mərhəmətlə xidmət etmək!

Bu gün istər ölkə daxilində, istər ölkə xaricində bu amallar hər kəs tərəfindən məhz Heydər Əliyev Fondunun əsas prinsip və idealları kimi də qəbul edilir.

Yaxud, 20-ci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına Heydər Əliyev Fondu qədər böyük və davamlı dəstək verən ikinci qurum tapmaq çətindir.

Etiraf etməliyik ki, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işlərə ən böyük dəstəyi məhz Heydər Əliyev Fondu vermişdir və indi də bu dəstək davam edir!

Biz Mehriban xanım Əliyevanı həm də beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görür, onun fəaliyyətini bir Azərbaycan qadını kimi sonsuz qürur hissi ilə izləyirik.

O bu fəaliyyəti ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl nümunədir.

Fəxr edirik ki, O, harada olursa-olsun, hansı postu tutursa-tutsun, Onun üçün AZƏRBAYCAN sevgisi, İNSAN sevgisi birincidir!

Bu sevgidən isə hər kəsdən əvvəl xalqımız və əlbəttə, hər bir Azərbaycan övladı bəhrələnir...

"Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin" - bu, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fikridir. Nə qədər səmimi və nə qədər təvazökar bir münasibət! İnsanlara təmənnasız kömək etmək təməlində əxlaq və vicdan dayanan siyasət deyilmi.

Mehriban xanım Əliyeva "...hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı olmasını özü yazır..." deməklə müxtəlif siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq və ərazi bölgülərindən, separatizmdən, müxtəlif münaqişələrdən, başqalarının sərvətlərinə haqsız yiyələnməsindən, gücün ədalət, xaosun demokratiya kimi təqdim olunmasından, anbaan artan "parçala və hökm sür" deyənlərdən yorulmuş çağdaş dünyaya sanki çağırış edir.

Bu fikirlər və düşüncələr bir daha göstərir ki, məhz mənəvi ucalıq zirvəsində dayanan Azərbaycanın Birinci Xanımı nəcibliyi ilə böyük hərflərlə yazılmış İNSANLIĞA xidmət edir!

Onun fəaliyyəti bir Kitabdır, dedim. Azərbaycan xalqının ruhunu oxşayan və insanlığa xidmət edən bu Kitab heç bir tərcüməyə ehtiyac olmadan bütün dillərdə sevilə-sevilə oxunan bir kitabdır. Vətənə, xalqa, insanlığa xoşməramlı xidmət davam edəcək və bu kitabın səhifələri də sonsuza qədər uzanacaq. Və biz də o Kitabı dönə-dönə vərəqləyəcək və sevə-sevə oxuyacağıq...

Bu yazıda mən ürək sözlərimi cənab Prezident İlham Əliyevin Mehriban Əliyeva haqqında fikri ilə yekunlaşdırmaq istərdim. Heç şübhəsiz, heç kim onu, onun ömür-gün yoldaşı, Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyev qədər xarakterizə edə bilməz:

"Mən çox şadam ki, Mehriban xanım ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci Ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi, səyi və canatımı durur. Mən çox sevinirəm ki, Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox iş görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir. İnsanlar ora eşidilmək ümidi ilə gedirlər və ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".

Bəli, Mehriban xanım Əliyevanın insan sevgisi ilə dolu olan ürəyindən çağlayan nəcib əməlləri cildlərlə kitabların qızıl hərflərlə yazılmış sətirlərində, insanların qan yaddaşında öz əksini tapacaqdır.

O Kitab ki, yazanı da, yaradanı da Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və millət vəkili Mehriban Əliyevadır.

Bu Kitabın isə bir proloqu var: Milyonlarla könüllərdə ucalmış əbədi xalq məhəbbəti.

Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Loading Bars
Xəbər lenti
Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub
Fransada 30 oktyabrdan yenidən özünətəcrid rekimi tətbiq olunacaq
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
ABŞ-ın Luiziana ştatı sahillərində "Zeta" qasırğası baş verib
Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə telefon danışığı olub
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
İtaliyada sutkada koronavirusla yoluxma hallarında rekord artım qeydə alınıb
YUNİSEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Prezident İlham Əliyev: Ermənistan üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət
Prezident İlham Əliyev Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib (FOTO)
Prezident İlham Əliyev: İnternetdə nümayiş etdirdiyimiz kadrlar əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir
Azərbaycan Prezidenti: Paşinyanın pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir
Prezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm
Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq
Prezident İlham Əliyev: Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir
Azərbaycan Prezidenti: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın
Prezident İlham Əliyev Ermənistanın müdafiə naziri haqqında: Necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib
Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Azərbaycan Prezidenti: Bu gün baş verənlər Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur
Prezident İlham Əliyev: Əgər biz razılığa gəlsək erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır
Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Prezident İlham Əliyev: Hər bir insan həyatı dəyərlidir, bizim itkilərimiz minimaldır
Prezident İlham Əliyev: Erməni tərəfinin itkisi 5 mindən çox ola bilər
Ceyhun Bayramov və İsveçrə Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Bərdənin vurulma anı (VİDEO)
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Bütün xəbərlər