...

AŞ PA-nın Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb

Siyasət Materials 2 Sentyabr 2014 22:25 (UTC +04:00)
Sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.
AŞ PA-nın Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov mətbuata açıqlamasında deyib.

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması" adı ilə yazılacaq.

Xəbər lenti

Xəbər lenti