...

Hərbi cinayətlərin iştirakçısı olan Serj Sarkisyanla görüş Avropa dəyəridirmi?

Siyasət Materials 11 Sentyabr 2014 23:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Avstriyanın XİN rəhbəri hərbi cinayətlərin iştirakçıları ilə görüşməyi normal təcrübə hesab edir.

"Cənubi Qafqaza səfərim zamanı üç ölkənin rəsmi şəxsləri - prezidentlər, baş nazirlər, xarici işlər nazirləri ilə görüşdüm. Bu, bizim normal təcrübəmizdir". Trend-in məlumatına görə, bunu Avstriyanın XİN rəhbəri Sebastyan Kurts Bakıda brifinqdə Ermənistanın rəsmi şəxsləri ilə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına qarşı hərbi cinayətlərin birbaşa iştirakçısı olan, əlini minlərlə azərbaycanlının qanına bulamış prezident Serj Sarkisyanla görüşünün Avropa dəyərlərinə uyğunluğu şərh edərək deyib.

Avstriya naziri, utanaraq bildirib ki , onun səfəri regional xarakter daşıdığından Ermənistana da səfər etməyə məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti