...

Müsavat başqanlığına namizədlərin sayı 4-ə çatdı

Siyasət Materials 12 Sentyabr 2014 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyası başqanının keçmiş müşaviri Səxavət Əlisoy partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb. Bu barədə Trend-ə S.Əlisoy özü məlumat verib.

S.Əlisoy deyib ki, o, ərizə ilə partiyanın lazımi qurumuna müraciət edib.

Bununla da Müsavat Partiyası başqanlığına namizədlərin sayı 4-ə çatıb.

Bundan əvvəl Müsavat Divanının üzvü Tural Abbaslı, partiyanın Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı və partiya Divanının keçmiş üzvü Qubad İbadoğlu Müsavat başqanlığına namizədlikləriini irəli sürüblər.

Qeyd edək ki, Müsavat Partiyası başqanlığına namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti