...

London Diplomatiya Akademiyasının rektoru: Azərbaycanda təshil sahəsində inqilab müşahidə olunu

Siyasət Materials 18 Sentyabr 2014 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbirlər Aygün Bədəlova, Səbinə Əhmədova/

Azərbaycanın dünyaya bəhs edəcəyi önəmli tarixi var. Bu, xüsusilə də multikulturalizm, tolerantlıq və konfessiyalararası münasibətlərə aiddir. Bunu Trend-ə müsahibəsində Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri ser Piter Laff deyib.

Onun sözlərinə görə, multikulturalizm, tolerantlıq və konfessiyalararası münasibətlər bütün dünyada yüksək qiymətləndirilir: "Azərbaycan üçün problem ondan ibarətdir ki, dünya KİV-ləri, xüsusilə də Qərbdə bir hadisədən digərinə çox sürətlə qoşulurlar. Hətta Suriyadakı müharibə unudulub. 21 il əvvəl Dağlıq Qarabağda baş vermiş hadisə əlbəttə ki, kölgədə qala bilər. Lakin bunun baş verməməsi çox vacibdir. 20 il əvvəl orada baş verənlər və hazırda Ukraynada yaşananlar çox oxşardır".

Britaniya parlamentinin digər üzvü ser Toni Boldri qeyd edib ki, Bakı olduqca təsiredici şəhərdir: "Mən Azərbaycanın inkişafından və ölkənin uğurlarından çox təsirlənmişəm. Azərbaycan neft-qaz gəlirlərini məktəblərə və gələcək nəsillərin tərbiyəsinə yönəltməyə çalışan ölkədir".

İki ölkə arasında əlaqələrinə gəlincə, T.Boldri bildirib ki, Böyük Britaniya müxtəlif sahələrdə Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq göstərir: "İki ölkə arasında əlaqələr çox yaxşıdır. Biz birlikdə məhz neft-qaz sahəsində çox şey etmişik. Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsində maraqlıdır və Böyük Britaniyanın qeyri-neft-qaz sahəsində təcrübəsi və biliyi var. Bizim burada olmağımızda məqsəd əlaqələrimizin gələcəkdə dərinləşdirilməsi üçün nələri edə biləcəyimizi nəzərdən keçirməkdir".

Onun sözlərinə görə, iki ölkənin əlaqələrin genişləndirilməsində maraqlı olduğu sahələrdən biri də təhsildir: "Getdikcə daha çox insan inglis dilini öyrənmək istəyir. Azərbaycanın bir çox ali məktəblərində inglis dili tədris olunur. Biz iki ölkənin təhsil sistemi arasında əlaqələrin möhkəmləndirilməsi və bu əlaqələrin möhkəmləndirilməsi və inkişafı yollarının axtarışı üzrə gələcək cəhdlərə maraq göstəririk. Biz hamımız elm, texnologiya, mühəndisliyin səviyyəsini yüksəldə biləcək inkişafa müxtəlif cür yardım göstərməyə çalışırıq".

Bakıda səfərdə olan London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad isə deyib ki, Azərbaycanda təshil sahəsində inqilab müşahidə olunur: "Mən bir neçə il ərzində Londonda bir çox azərbaycanlı diplomatla işləmişəm və biz ölkədə təhsilin necə inkişaf etdiyini və bunun dövlət başçısı üçün nə dərəcədə prioritet məsələ olduğunu görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti