...

Alman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblər (FOTO)

Siyasət Materials 19 Sentyabr 2014 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib.

Seminarda dünyanın bəzi aparıcı dövlətlərinin Silahlı Qüvvələrinin yaradılması, inkişafı, modernləşdirilməsi, təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi, NATO-ya üzv dövlətlərin bu sahədə təcrübəsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Seminara sentyabrın 19-da yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti