...

Elmar Məmmədyarov Serbiyanın yeni səfirini qəbul edib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2014 17:55 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizə təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul edib.
Elmar Məmmədyarov Serbiyanın yeni səfirini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizə təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında N.Rodiç etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov Azərbaycanla Serbiya arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, səfirə yeni diplomatik vəzifəsində uğurlar arzulayıb.

N.Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycanla Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti