...

Məclis üzvü: Müsavat Partiyasında vəziyyətin düzəlməsi üçün yeni rəhbərliyin istefası zərurətdir

Siyasət Materials 21 Oktyabr 2014 14:28 (UTC +04:00)
Əgər qurultaydan sonra Müsavat Partiyasında yaranan gərgin vəziyyət belə davam edərsə, partiyada növbəti istefalar olacaq. Bu barədə Trend-ə Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev deyib.
Məclis üzvü: Müsavat Partiyasında vəziyyətin düzəlməsi üçün yeni rəhbərliyin istefası zərurətdir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Əgər qurultaydan sonra Müsavat Partiyasında yaranan gərgin vəziyyət belə davam edərsə, partiyada növbəti istefalar olacaq. Bu barədə Trend-ə Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev deyib.

Onun sözlərinə görə, indiki rəhbərlik gedənlərlə bağlı heç bir barışdırıcı addım atmır, əksinə sosial şəbəkələrdə onları aşağılayıcı tərzdə statuslar yerləşdirirlər: "İndiki rəhbərliyin yaxın ətrafı isə bu işdə daha da fəallıq göstərir. Neçə illərdir partiya üçün sözün əsl mənasında canını qoyan insanlarla bu cür rəftar yolverilməzdir".

R.Əliyev hesab edir ki, vəziyyətin düzəlməsi üçün yeni rəhbərliyin istefası zərurətdir: "İstefa baş verməsə, bizim fəaliyyətimizin nədən ibarət olması yaxın gələcəkdə bəlli olacaq. Qubad İbadoğlunun partiya rəhbərliyinə ünvanladığı sorğunun cavablandırılmasından sonra toplaşaraq qərar verəcəyik. Bizim istefamızdan söhbət gedə bilməz. Partiya heç kimin şəxsi əmlakı, mülkiyyəti deyil".

Sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu bundan əvvəl Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İ.Qəmbər başqanlığa namizədliyini verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti