Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun noyabrın ikinci yarısısında Pakistana səfəri çərçivəsində məsələ ilə bağlı danışıqlar aparılacaq.
Səfər çərçivəsində hər iki ölkənin yerləşdiyi regionlarda hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılacaq, həmçinin təhlükələrə qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Səfərin müddəti diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin