...

Rəsmi Bakı Londonda keçirilən turizm sərgisində separatçı rejimin təmsil olunması məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 3 Noyabr 2014 11:39 (UTC +04:00)
"Londonda noyabrın 3-6 tarixlərində keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təmsil olunmasının qarşısının alınması üçün hələ tədbirin başlamasından əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti qarşısında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılmışdır".
Rəsmi Bakı Londonda keçirilən turizm sərgisində separatçı rejimin təmsil olunması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Səba Ağayeva/

"Londonda noyabrın 3-6 tarixlərində keçirilən "World Travel Market" ənənəvi turizm sərgisində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təmsil olunmasının qarşısının alınması üçün hələ tədbirin başlamasından əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti qarşısında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılmışdır". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar: "Reed Exhibitions" şirkəti separatçı rejimin heç bir halda "World Travel Market" turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirmişdir. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən "Qarabağ Turizm İnkişaf İdarəsi"nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməmişdir".

Onun sözlərinə görə, Azərbaycan səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin "Karabakh" adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti ilə iş davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti