...

Əli Əhmədov: Azərbaycan-Çin münasibətlərinin inkişafında hakim partiyaların öz payı var

Siyasət Materials 4 Noyabr 2014 15:23 (UTC +04:00)
Bu gün Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əli Əhmədov: Azərbaycan-Çin münasibətlərinin inkişafında hakim partiyaların öz payı var

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, qonaqları salamlayan Ə.Əhmədov deyib ki, bu səfər Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verəcək.

O, qeyd edib ki, Çinin belə bir yüksəksəviyyəli qurumunun rəhbərlərindən birinin Azərbaycana səfər etməsi Çinin regiona, o cümlədən Azərbaycana verdiyi önəmi göstərir.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın xarici siyasət strategiyasında bütövlükdə Şərq, o cümlədən Çin xüsusi yer tutur: "Azərbaycanla Çin arasında münasibətlərin sürətlə inkişaf etməsində YAP ilə Çinin hakim Kommunist Partiyası arasında əlaqələrin öz payı var. Bu səfər iki hakim partiya arasında mövcud əlaqələrin inkişafına da mühüm təsir edəcək".

Səmimi qəbula görə təşəkkür edən qonaq qeyd edib ki, bu səfər iki ölkənin xalqları arasında da əlaqələrin inkişafına öz töhfəsini verəcək.

M.Biao bildirib ki, Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdırlar. Hazırda iki ölkə arasında yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti