...

XİN: Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Siyasət Materials 6 Noyabr 2014 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsi icra edən Hikmət Hacıyev Ukraynada keçirilmiş seçkilərlə əlaqədar Trend-in sorğusuna cavab olaraq deyib.

O bildirib ki, Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı dırnaqarası seçkiləri tanımır.

Qeyd edək ki, beynəlxalq tənqidlərə baxmayaraq, Ukraynanın şərqindəki separatçılar qondarma "Donetsk xalq respublikası" və "Luqanks respublikası"nın "xalq şuraları"na seçkilər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti