...

"Hərbi vəziyyət haqqında" qanunun yeni redaksiyası hökumətə təqdim olunub

Siyasət Materials 5 Dekabr 2014 13:41 (UTC +04:00)
"Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununun yeni redaksiyasının hazırlanması üzrə tədbirlər həyata keçirilib, aidiyyəti üzrə razılaşdırılqıdan sonra Nazirlər Kabinetinə təqdim olunub.
"Hərbi vəziyyət haqqında" qanunun yeni redaksiyası hökumətə təqdim olunub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

"Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununun yeni redaksiyasının hazırlanması üzrə tədbirlər həyata keçirilib, aidiyyəti üzrə razılaşdırılqıdan sonra Nazirlər Kabinetinə təqdim olunub. Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, cəbhəboyu zona termini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təcavüzkar dövlətin silahlı qüvvələri və ya qanunsuz silahlı birləşmələr ilə təmas xəttinə bitişik ərazilər anlayışı ilk dəfə olaraq qanunvericiliyə əlavə edilib. Digər əlavələr "Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər və müvəqqəti məhdudiyyətlər" maddəsinə öz əksini tapıb.

Həmçinin Qanuna yeni - "Cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətləri" fəslinin əlavə olunması təklif edilib: "Bu hissədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 24-də imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamın icrasından irəli gələn məsələlərin həlli üçün müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən cəbhəboyu zonada yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması və xidmət aparması, onların Silahlı Qüvvələrin müvafiq birlikləri arasında qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və cəbhəboyu zonada təbliğat-izahat işlərinin təşkili barədə təkliflər hazırlanıb. Hazırda bu istiqamətdə fəaliyyətlər bu gün də davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti