...

Almaniya kansleri: Ukraynada diplomatik həllinin əsası Minsk sazişinin olmasıdır

Siyasət Materials 9 Dekabr 2014 03:04 (UTC +04:00)
Ukraynada münaqişənin diplomatik yolu ilə həllinin əsasını Minsk sazişi təşkil edir.
Almaniya kansleri: Ukraynada diplomatik həllinin əsası Minsk sazişinin olmasıdır

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Ukraynada münaqişənin diplomatik yolu ilə həllinin əsasını Minsk sazişi təşkil edir. Trend TASS agentliyinə istinadən bu barədə bazar ertəsi AFR kansleri Angela Merkel CDF telekanalının efirində bildirib.

"Hazırda biz diplomatik həllinin axtarışı üzərində intensiv işləyirik", - Almaniya hökumətinin rəhbəri bildirib. "Bunun əsası - Minsk razılaşmalarıdır, biz, nəhayət, onların müddəalarını həyata keçirməyə çalışırıq, - o, xüsusi vurğuladı. Biz indi buna cəmləşmişik".

"Qalan məsələlərdə vəziyyət əvvəlki kimi qalır: Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub - gərək hər şeyi öz adı ilə deyək", - kansler qeyd edib.

Xəbər lenti

Xəbər lenti