...

Məzahir Pənahov: Bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələbinə uyğun keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Dekabr 2014 00:56 (UTC +04:00)
Azərbaycanda keçirilən bələdiyyə seçkilərlə bağlı bütün məntəqələr vaxtında açılmışdı. Bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilib.
Məzahir Pənahov: Bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələbinə uyğun  keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı bütün məntəqələr vaxtında açılmışdı. Bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

MSK sədrinin sözlərinə görə, müşahidəçilər bütün məntəqələrdə səsvermənin gedişi və səslərin sayılmasını izləyiblər: "Seçkiləri baş tutmuş hesab etmək olar. Seçkilərin nəticələrinə xələl gətirə biləcək müraciət daxil olmayıb".

M.Pənahovun sözlərinə görə, indiyə qədər 105 seçki dairəsi üzrə 3509 seçki məntəqəsinin məlumatları MSK-ya daxil olub ki, bu da məntəqələrin 70 faizə qədərini təşkil edib. MSK sədri bildirib ki, hazırda 3509 protokol komissiyaya daxil olub və 1 304 937 seçki bülleteni sayılıb.

MSK sədri əlavə edib ki, 1024 bələdiyyə artıq formalaşıb və 11926 lider namizədlər müəyyən edilib. Onun sözlərinə görə, dekabrın 24-də günün birinci yarısında bütün bələdiyyələr üzrə lider namizədlər müəyyən ediləcək.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib.

Səsvermə 5015 məntəqədə keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti