...

"İnsanlar hökumətdən, hakimiyyətdən razıdırlar"

Siyasət Materials 30 Dekabr 2014 13:14 (UTC +04:00)
Azərbaycanın iqtisadi durumu, iqtisadi durumunun formalaşdırdığı sosial vəziyyət ölkə vətəndaşlarının mütləq əksəriyyətini öz hökumətindən, dövlətindən məmnun salacaq gerçəkliyi formalaşdırıb.
"İnsanlar hökumətdən, hakimiyyətdən razıdırlar"

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın iqtisadi durumu, iqtisadi durumunun formalaşdırdığı sosial vəziyyət ölkə vətəndaşlarının mütləq əksəriyyətini öz hökumətindən, dövlətindən məmnun salacaq gerçəkliyi formalaşdırıb.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim partiyanın saytına müsahibəsində deyib.

Baş nazirin müavini bildirib ki, insanlar hökumətdən, hakimiyyətdən razıdırlar, bu da ictimai-siyasi sabitliyin əsasını təşkil edir: "Müasir Azərbaycanın ən mühüm gerçəkliyi iqtisadi yüksəliş üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlikdir. Başa vurduğumuz ilin hadisələri və reallıqları da bunu təsdiq edir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın siyasi sisteminin dinamik inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi və əhəmiyyətli rolu olub.

Onun sözlərinə görə, YAP-ın sıralarında hazırda 640 mindən çox Azərbaycan vətəndaşı birləşib: "Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz sıralarında bu qədər insanı birləşdirməyib. Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən çox insanın birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti