...

Azərbaycan Prezidenti İlham Əliyev Anıtqəbiri ziyarət edib (FOTO)

Siyasət Materials 15 Yanvar 2015 12:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.
Azərbaycan Prezidenti İlham Əliyev Anıtqəbiri ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti