...

"Hurriyet Daily News": Türkiyə-Ermənistan sərhədinin bağlanmasına görə kim məsuliyyət daşıyır?

Siyasət Materials 6 Fevral 2015 12:26 (UTC +04:00)
Türkiyənin daxilində və xaricində aparılan kampaniyanın təşəbbüskarları sanki Türkiyəni hazırkı vəziyyətə görə məsuliyyət daşıyan yeganə və əsas iştirakçı kimi görür və Ermənistandan heç bir rəy almadan Türkiyə-Ermənistan sərhədinin açılmasını dəstəkləyirlər.
"Hurriyet Daily News": Türkiyə-Ermənistan sərhədinin bağlanmasına görə kim məsuliyyət daşıyır?

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Türkiyənin daxilində və xaricində aparılan kampaniyanın təşəbbüskarları sanki Türkiyəni hazırkı vəziyyətə görə məsuliyyət daşıyan yeganə və əsas iştirakçı kimi görür və Ermənistandan heç bir rəy almadan Türkiyə-Ermənistan sərhədinin açılmasını dəstəkləyirlər. Blokadanın həqiqi səbəblərini anlamaq üçün son zamanlar baş verən iki hadisə ilə başlaya bilərik". Trend-in məlumatına görə, bu fikirlər Avrasiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Ortadoğu Texniki Universitetinin tarix kafedrasının əməkdaşı, fransız Maksim Gauinin "Hurriyet Daily News"da dərc olunan məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunub ki, bu ay Prezident Rəcəb Tayyib Ərdoğan erməni həmkarını Çanaqqala döyüşünün yüzilliyinə həsr olunan yubiley tədbirində iştiraka dəvət etdi: "Cənab Sarkisyan buna mənfi cavab verdi. O, imtina etmək hüququna malik olsa da, cavab məktubu sadə, lakin aqressiv idi: məktubda yalnız ermənilərin əziyyət çəkdiyi vurğulanırdı. Ancaq heç kim rus ordusunun erməni könüllüləri tərəfindən türklərin böyük əksəriyyətinə qarşı törədilən cinayəti inkar edə bilməz. 1915-1916-cı illərdə həmin cinayətlərdən aylar öncə başlamış məcburi köçürmələr Rusiya zabitlərinin şikayətləri və hətta Rusiya hərbi məhkəməsinin qərarları ilə sübut olunmuşdur. Cənab Sarkisyan həmçinin illər öncə Türkiyənin Ermənistan məsələsindəki ənənəvi mövqeyini açıq şəkildə tənqid edən, hətta türk tarixçilər tərəfindən göndərilən (ətraflı təkzib Hakan Yavuz tərəfindən "Gündəlik sabah" qəzetində yazılıb) çox mübahisəli Sarkis Torossiyanın aldadıcı memuarları kimi arqumentlərdən istifadə etdi. Heç kim onu hörmətdən salan əsassız xəbərlərdən istifadə olunaraq ciddiyə alınacağını gözləyə bilməz".

Məqalədə daha sonra vurğulanıb ki, mətbuatda daha az işıqlandırılan digər bir hadisə Həsən Camalın İrəvana səfəri oldu: "Erməni soyqrımı"nın qəbul etməsinə baxmayaraq, Camala tamaşaçılar tərəfindən hücum təşkil olunmuşdu. Çünki o, çıxışında Orli və Əsənboğa hava limanlarına bomba qoymuş ASALA terrorçularını pisləmiş və Qərbi Azərbaycanın Ermənistan tərəfindən işğal edildiyini səsləndirmişdi. Tamaşaçılar təəccüblənmişdi. Həqiqətən, erməni tərcüməçinin kitabının bu hissələrində Hrant Dink Fondunun tələbi yayımlanmışdı. Hətta diasporun qatı millətçiləri belə Fransada ASALA-nın sabiq spikeri Jean Marc "aga" Toranyan Camala qarşı hücuma cəsarət etmədi. Amma erməni millətçilər bunu etdilər.
Əslində, bunun səbəbi çox sadədir. Demokratik Qərb dövlətlərində millətçilər öz imiclərinin qayğısına qalmaq məcburiyyətindədilər - daha da çox onlardan bəzilərinə qarşı Fransada qazandığı mühakimələrdən və mən cənab Toraniani şəxsən böhtana görə məhkəməyə verdiyimdən sonra. Ermənistanda isə onların heç qayğısına da qalmırlar. 1998-ci ildə "mülayim" prezident Levon Ter-Petrosyan Orli hücumunda əsas günahkar olan Varujan Qarabedyan üçün Jak Şirakdan prezident əfvi istədi. Cənab Qarabedyan məhkəmə qərarı ilə 2001-ci ildə azad ediləndən sonra baş nazir və İrəvan şəhərinin meri tərəfindən milli qəhrəman kimi qarşılandı. Əgər bir terrorçu hər hansı bir müsəlman ölkəsində baş nazir tərəfindən belə qarşılansaydı, sadəcə dünyada buna necə reaksiyalar olacağını təsəvvür etməyə çalışın. Və yaxud digər bir məqam: Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası 1918-1920-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini icra edən və 1930-cu illərdə "irqi-dini" nəzəriyyəsini irəli sürəndən sonra II Dünya müharibəsinin əvvəlində Almaniyaya gədən və orada 1942-ci ildə Berlində qurulmuş Erməni Milli Şurasının üzvü olan Qareqin Njdenin yazılarından ilham aldığını iddia edir. 2013-cü ilin fevral ayında cənab Camala qarşı hücumun baş verdiyi İrəvan Dövlət Universitetində Njde də yada salındı. Hətta İrəvan şəhərinin bələdiyyə məclisi ötən il bu nasistə yeni bir abidə ucaltmaq qərarını açıqlamışdı".

Müəllif qeyd edir ki, Armenianow.com erməni saytının verdiyi məlumata əsasən, orada bələdiyyə məclisi də daxil olmaqla, şübhəsiz, yalnız heykəl üçün yer ayrılmasına dair mübahisələr aparılır. Başqa sözlə, problemi birbaşa qoysaq, əgər bir cəmiyyətdə açıq debat müharibə kriminalı olan bir nasistə heykəlin harada qoyulması ilə bağlı aparılırsa, onda bu cür cəmiyyət öz qonşuları ilə sülh şəraitində yaşamağa hələ hazır deyil: "Beləliklə, sizi xəbərdar edirik ki, türklərdən heç bir ön şərt qoymadan sərhədləri açmaq, yəni Ermənistan Konstitusiyasına daxil olan ərazi iddiaları haqqında heç bir şey deməmək, onun əsas regional müttəfiqi olan (Ermənistan tərəfindən ərazisinin bir hissəsi işğal olunmuş) Azərbaycana hər hansı dəstəyi dayandırmaq və antitürk terroristlərin, nasistlərin şərəfinə İrəvanda bayram keçirilməsi ilə bağlı narahat olmamaq xahiş olunub. Əgər bu cür həll yolunu müdafiə edənlər bunun necə sülhpərəst, demokratik və real olduğunu açıq izah edə bilsəydilər, bu, çox maraqlı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti