...

Bəzi müxalifət partiyalarının kölgə siyasəti

Siyasət Materials 11 Fevral 2015 16:05 (UTC +04:00)
Məlum olduğu kimi, fevralın 12-də növbəti iqtidar-müxalifət görüşü keçiriləcək və görüşə Azərbaycanda qeydiyyatdan keçmiş bütün siyasi partiyalar dəvət edilib.
Bəzi müxalifət partiyalarının kölgə siyasəti

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:



Məlum olduğu kimi, fevralın 12-də növbəti iqtidar-müxalifət görüşü keçiriləcək və görüşə Azərbaycanda qeydiyyatdan keçmiş bütün siyasi partiyalar dəvət edilib.

Bir çox müxalifət partiyaları bu görüşü hakimiyyətlə müxalifət arasında münasibətlərin inkişafı və ümummilli məsələlərin müzakirəsi baxımından tədqirəlayiq proses hesab etsələr də, bəzi müxalifət partiyaları ənənəvi mövqelərindən çıxış edərək, indidən tənqid cəbhəsinə keçib səs-küy salmağa başlayıblar.

İlk səs-küy isə gözlənildiyi kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasından gəldi. AXCP artıq idarə etdiyi mətbuat qurumunu işə salıb və bütün gücünü görüşün üzərinə kölgə samlağa cəmləşdirib.

Bunun ardınca isə Müsavat Partiyası hərəkətə keçdi və əsassz arqumentlər irəli sürərək görüşdə iştirak etməyəcəyi barədə bəyanat yaydı. Bəli, bu da uzun müddətdir dialoq deyib dad edən partiyaların münasibəti.

Əslində, qeyd olunan partiyaların bu mövqeyi təbii qarşılanmalıdır. Əgər onlar bu cür mövqe nümayiş etdirməsəydilər təəccüblənmək olardı. Çünki iqtidar-müxalifət dialoqunun olması onların istəklərinə cavab vermir. Artıq bir daha təsdiq olundu ki, bu partiyalar üçün şəxsi maraqlar hər şeydən üstündür. Əks tədqirdə, onlar ümummilli məsələlərin müzakirə ediləcəyi görüşə gəlməkdən boyun qaçırmazdılar.

Hökumət həmişə dialoqa hazır olduğunu bildirib, müxalifətin dialoq çağırışlarına adekvat cavab verərək görüşə gəlib və bu gün yenə də siyasi iradə ortaya qoyaraq müxalifət partiyalarını görüşə dəvət edib. Ancaq, görünür, iqtidar-müxalifət dialoqu heç də müxalifət partiyalarının hamısının marağında deyil. Onlar indiyə qədər dialoq çağırışları etməklə sadəcə görüntü yaratmaq və bunun arxasında öz məqsədlərini həyata keçirmək məqsədi güdüblər.

Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Siyavuş Novruzov da hesab edir ki, məqsədində milli maraqlar, dövlətçilik, xalqın mənafeyi olan siyasi partiyalar bu dialoqu tədqirəlayiq hesab etməlidir: "Əməlində, xislətində xəyanət, satqınçılıq, öz şəxsi marağını dövlət, xalq marağından üstün tutmaq varsa, təbii ki, onların nə edəcəyi əvvəlcədən bəllidir".

S.Novruzov qeyd edib ki, artıq AXCP, Müsavat kimi qurumların (onlara artıq partiya da demək olmaz) rəhbərliyində təmsil olunanlar hər hansı müstəqil qərar qəbul etmək iqtidarında deyillər: "Çünki bunların ipləri ayrı-ayrı xarici qurumların, ayrı-ayrı təşkilatların əlindədir və onlar bu ipi dartdıqca bunlar həmin təşkilatların istəklərinə uyğun olan bəyanatlar verirlər. Əgər o təşkilatlar bunların bu dialoqda iştirak etməsi ilə bağlı qərar verməyiblərsə, deməli, iştirak etməyəcəklər. Əgər onlar tapşırıq versələr ki, get sabah tezdən birinci sən otur orada, hamıdan qabaq qaça-qaça gələcəklər".

Əslində, adları qeyd olunan partiyaların bu dialoqda iştirak etməməsi daha da məqsədəuyğundur. İndiyə qədər AXCP və Müsavat Partiyasında baş verən qarşıdurmalar, parçalanmalar və son dövrlərdə bunların daha geniş vüsət alması bu partiyaların hər hansı bir faydalı təklif irəli sürmək, xalqın, dövlətin mənafeyi yolunda hansısa bir iş görmək qabiliyyətini heçə endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti