Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Səba Ağayeva/
Azərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi haqqında ekspertlər qrupunun 39-cu iclasında deyib.
Onun sözlərinə görə, 2010-cu ildə dövlət başçılarının Bakı sammiti əsas məsələlərə, xüsusilә su sәthinin bölünmәsi vә bioloji resursların qorunması ilә bağlı mәsәlәlәrə yeni impuls verdi.
XİN müavini deyib ki, Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində üzv ölkələrin mövqeyinə yeni təkan verdi və bir sıra siyasi sənədlər qəbul edildi: "Ümid edirəm ki, prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsipləri Konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacaq. Mәn tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd etmәk istәrdim. Xəzər dənizi nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qarsdəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәyirәm. Bu layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək".