...

UNICEF-in regional direktoru Azərbaycana gəlir

Siyasət Materials 13 Mart 2015 11:16 (UTC +04:00)
UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari-Pyer Puarye Azərbaycana səfər edir.
UNICEF-in regional direktoru Azərbaycana gəlir

Azərbaycan, Bakı, 13 mart/Trend, müxbir İlhamə İsabalayeva/

UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari-Pyer Puarye Azərbaycana səfər edir.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı ən çox təcrid olunmuş uşaqların hüquqlarının həyata keçirməsi istiqamətində UNICEF-lə Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi əldə edilmiş nailiyyətləri və müəyyən çətinlikləri müzakirə ediləcək. Pauryenin üç günlük səfəri bu il martın 16-dan başlayacaq.

Səfər zamanı Xanım Puarye Baş Nazirin Müavini, Xarici İşlər Naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirləri, və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Məclisinin vitse-spikeri də daxil olmaqla yüksək rütbəli dövlət rəsmiləri ilə,eləcə də vətəndaş cəmiyyətləri nümayəndələri, beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatlar ilə görüşəcək.

Xanım Puarye həmçinin Bakıda keçiriləcək "The Economist" Birləşmiş Krallığın araşdırma qrupu tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Sammitində də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti