...

Serbiya Baş nazirinin Azərbaycana səfər tarixi məlum oldu

Siyasət Materials 2 Aprel 2015 17:38 (UTC +04:00)
Serbiyanın Baş naziri Aleksandr Vuçiçin Azərbaycana səfər tarixi bəlli olub.
Serbiya Baş nazirinin Azərbaycana səfər tarixi məlum oldu

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Səba Ağayeva/

Serbiyanın Baş naziri Aleksandr Vuçiçin Azərbaycana səfər tarixi bəlli olub. Diplomatik mənbədən Trend-ə verilən məlumata əsasən, səfər aprelin 13-15-nə planlaşdırılıb.

Serbiyanın Azərbaycan hökuməti ilə danışıqları zamanı əməkdaşlıq üçün yeni layihələr təklif edəcəyi gözlənilir.

Serbiya hökuməti Azərbaycan şirkətlərinə yeni infrastruktur layihələrini təklif etməkdə, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib.

Serbiyanın Baş naziri bütün bu məsələləri Azərbaycana qarşıdakı səfərində müzakirə etmək niyyətindədir.

A.Vuçiçin Bakıya səfəri çərçivəsində Azərbaycan-Serbiya biznes-forumunun keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti