...

Corc Soros 7 milyard dollara yaxın vergi cəzası ala bilər

Siyasət Materials 2 May 2015 13:40 (UTC +04:00)
Amerikalı milyarder Corc Soros vergi ödəmələrini gecikdirdiyinə görə 7 milyard dollara yaxın məbləğində vergi qalığı cəzası ala bilər.
Corc Soros 7 milyard dollara yaxın vergi cəzası ala bilər

Azərbaycan, Bakı, 2 may /Trend/

Amerikalı milyarder Corc Soros vergi ödəmələrini gecikdirdiyinə görə 7 milyard dollara yaxın məbləğində vergi qalığı cəzası ala bilər.

Trend lenta.ru saytına istinadən xəbər verir ki, C.Soros öz fondundan təkrar maliyyələşdirmə hesabına müştəri ödənişləri üzrə vergini ödəməyib və bu vəsaitlər vergi kimi toplanıb.

Məlumatda qeyd olunub ki, bu hal qanundakı boşluqlara görə bir neçə il davam edib. Lakin ABŞ Konqresi 2008-ci ildə bu normanı təxirə salıb və bundan istifadə edən şəxslərə öz hesablaşmalarını həll etmək üçün 2017-ci ilə kimi vaxt verib.

Aparılan hesablamalara görə, bu yolla Corc Soros 13,3 milyard dollar əlavə gəlir əldə edib. Ekspertlər bu gəlirin vergisini hesablayaraq, milyarderin 6,7 dollar milyard ödəməli olacağını bildirirlər.

C.Soros dəyişikliklər edilməzdən əvvəl aktivlərini gələcəkdə vergidən azad etmək üçün İrlandiyaya köçürüb. Lakin onun 2017-ci ildə əlavə vergidən necə yayınacağı yolları məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti