Prezident İlham Əliyev: Qəti mövqeyimiz bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Prezident İlham Əliyev: Qəti mövqeyimiz bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın və xanımı May Thi Hanın şərəfinə rəsmi qəbul təşkil edilib.

Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, olduqca faydalı görüşlər keçirildi: "Əminəm ki, qarşılıqlı maraq doğuran məsələlər ətrafında apardığımız fikir mübadiləsi və müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfəsini verəcək.

Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin təməli ötən əsrdə Vyetnam xalqının böyük oğlu Ho Şi Minin Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri ilə qoyulmuşdur. İnanıram ki, keçən il mənim ölkənizə dövlət səfərim və bu gün Sizin Azərbaycanda olmağınız bu gözəl ənənənin davamı kimi münasibətlərimizi daha da möhkəmləndirəcək, yüksək səviyyəli təmasların intensiv xarakter almasına güclü təkan verəcək.

Bu gün dost ölkələrimiz arasında siyasi, hərbi, iqtisadi, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı və uzunmüddətli tərəfdaşlıq üçün böyük imkanlar vardır. Biz Vyetnamla əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə edilməsində olduqca maraqlıyıq".

Prezidentin sözlərinə görə, sevindirici haldır ki, son dövrlər münasibətlərimizin xarakteri keyfiyyətcə yeni müstəviyə keçib: "Ötən il Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutunun nəzdində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin yaradılmasını təqdirəlayiq hesab edirəm. Əminəm ki, ölkəmizin adət-ənənələri, tarixi və mədəniyyəti ilə bağlı Vyetnam ictimaiyyətinə dolğun məlumatların çatdırılmasında bu mərkəz mühüm rol oynayacaqdır.

Mən ötən həftə Bakıda keçirilən Azərbaycan-Vyetnam Dostluq Forumunu da xüsusilə qeyd etmək istərdim. Böyük əksəriyyəti Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş vyetnamlıların iştirak etdiyi bu tədbir xalqlarımız arasında mövcud olan dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Qürurvericidir ki, Azərbaycanda təhsil alan bu şəxslər Vyetnam Sosialist Respublikasında bir çox sahələrin, xüsusən neft və qaz sənayesinin inkişafına əhəmiyyətli töhfə verirlər.

Hesab edirəm ki, bu gün Vyetnamın nüfuzlu şirkətlərinin iştirakı ilə keçirilən biznes forum ölkəmizdəki əlverişli iqtisadi şəraitin və turizm potensialının dəyərləndirilməsi baxımından çox faydalı olacaqdır. Həmçinin Vyetnam şirkətlərinin ölkəmizdə həm neft-qaz, həm də qeyri-neft sektorundakı layihələrdə iştirakı əməkdaşlığımızın genişlənməsi baxımından arzuolunandır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Vyetnamla çoxtərəfli əməkdaşlığa da xüsusi əhəmiyyət verir: "Düşünürəm ki, BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi əlaqələndirməklə uğurlu nəticələr əldə edə bilərik.
Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mən qeyd etdim ki, regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuşdur. Ermənistanın məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri vardır. Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, coğrafi baxımdan ölkələrimiz arasında böyük məsafə olsa da, inanıram ki, qarşılıqlı səylərimiz nəticəsində Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri daha da sıx olacaqdır".

Vyetnam Prezidenti Çıonq Tan Şanq isə çıxışında deyib: "Mən gözəl və qonaqpərvər ölkə olan Azərbaycana səfər etməyimə, Azərbaycan xalqının qazandığı böyük uğurları əyani surətdə görməyimə çox şadam. Mən mehriban və səmimi qəbula, Vyetnam dövləti və xalqı barədə gözəl hisslərinə, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri haqqında səmimi dost sözlərinə görə cənab Prezidentə və azərbaycanlı dostlara Vyetnam nümayəndə heyəti adından minnətdarlığımı bildirmək istəyirəm".

Onun szölərinə görə, Vyetnam xalqı keçmiş zamanlardan Azərbaycanı zəngin qədim mədəniyyəti olan gözəl ölkə, mehriban və qonaqpərvər xalq kimi tanıyır: "Coğrafi məsafənin uzaq olmasına baxmayaraq, Vyetnam ilə Azərbaycanın qardaşlıq və dostluq hissləri çox yaxındır. Vyetnam xalqı milli müstəqillik və dövlət quruculuğu uğrunda mübarizə apardığı illərdə Azərbaycan xalqının bizə göstərdiyi böyük və dəyərli dəstəyi heç vaxt unutmur.

Biz fəxr edirik ki, tarixi dəyişikliklərə və sınaqlara baxmayaraq, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri qorunub saxlanılır, möhkəmlənir və yaxşı inkişaf edir. Vyetnam xalqlar arasında dostluğu həmişə qiymətləndirir, qoruyur və gələcək nəsillərə ötürür. Bu gün Vyetnam ilə Azərbaycan arasında qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığı daha da möhkəmləndirmək üçün olduqca əlverişli şərait yaranıb. Bu gün yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfərim Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək və bundan sonra da gücləndirmək istəyini bir daha təsdiq edir.

Bu gün mənimlə cənab Prezident arasında çox məzmunlu və səmərəli danışıqlar oldu. Biz bir çox sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətlərini və konkret tədbirləri əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda müzakirə etdik və razılaşdırdıq. Bu da yaxın vaxtlarda münasibətlərimizin səmərəli inkişafına kömək edəcək.

Əminəm ki, aramızdakı yaxınlıq və bağlılıq, çoxdankı ənənəvi dostluq münasibətləri, habelə iki ölkə rəhbərlərinin və xalqlarının iradəsi və qətiyyəti xalqlarımızın maraqları və ölkələrimizin çiçəklənməsi, regionda və bütün dünyada sülh və sabitlik naminə yeni dövrdə əməkdaşlığı çiyin-çiyinə davam etdirməyimiz üçün möhkəm zəmin olacaq".

5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Loading Bars
Xəbər lenti
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Fərdi Məşğulluq Proqramı nədir? (VİDEO)
XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub - FOTO
Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib (FOTO)
Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin
Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib
Azərbaycan xalqı yeni zəfər tarixi yazdı - Kamaləddin Qafarov
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ
Koronavirus Azərbaycana gələnlərin sayında kəskin azalmaya səbəb olub
Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb
Ağdaş, Bərdə və Ağdamdan olan koronavirus xəstələri Mingəçevirdə saxlanılıblar (FOTO)
Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet yaratmaq mümkündürmü? - Komitə sədri açıqladı
Rusiyada bir gündə 589 nəfər koronavirusdan öldü
MMC rəisinə cinayət işi başlandı
Ermənistanın hərbi texnika itkisi 3,8 milyard dollardır - İİTKM (FOTO)
Azərbaycanda ipoteka kreditlərinin həcmi artıb
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 28-dək dayandırılır
Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə onlayn tədbir keçirib
Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
Azərbaycan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq - Deputat
Ermənilər məktəbləri də minalayıb - Rusiya MN
Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb
Bütün xəbərlər