Prezident İlham Əliyev: Bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl bulvar yoxdur (FOTO)

Prezident İlham Əliyev: Bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl bulvar yoxdur (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 15-də Bakıda "Bulvar Hotel" istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu, "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Ağ Şəhərdə yerləşən yeni otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür.

Bakı buxtasında yerləşən beşulduzlu "Bulvar Hotel" yüksək səviyyədə və müasir üslubda inşa olunub. Otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Otelin yaradılması zamanı əsas meyar qonaqların rahatlığını yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var.

"Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də əlverişli şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.

Otelin ziyafət zalı da müasirliyi ilə seçilir. Burada 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri yüksək səviyyədə təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 kvadratmetrdir. Zal bütün zəruri avadanlıqla təchiz edilib.

Otelin sağlamlıq mərkəzi müasir tələblərə cavab verən fitnes və SPA xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu və müasir avadanlıqla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Oteldə 818 nömrə var. Otelin pəncərələrindən Xəzər dənizinə və Bakı bulvarına açılan möhtəşəm mənzərəni seyr etmək mümkündür. Otaqların interyeri məşhur memarlıq şirkətləri tərəfindən dizayn edilib.

Dövlətimizin başçısı və xanımı otelin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

"Bulvar Hotel"də yaradılan 3 restoranda qonaqlara müxtəlif növ təamlar təqdim ediləcək. Restoranların nadir bədii konsepti tanınmış dizayn şirkəti tərəfindən yaradılıb. Ən xırda detalların belə nəzərə alındığı qeyri-adi interyer otelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini və kosmopolit dinamikliyini özündə cəmləşdirir. "The White City Lounge", "The Green House Kitchen" və "Black City Cafe" restoranlarında qonaqların zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Fasiləsiz xidmət göstərən bu məkanların hər birinin ayrı-ayrılıqda açıq havada da xüsusi sahələri var.

Bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsas xidmət sahələrindən olan müasir otel sisteminin yaradılması istiqamətində son illər mühüm nailiyyətlər əldə edilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində mümkün olub. Son illərdə ölkəmizdə bir çox məşhur otel brendləri istifadəyə verilib. Bu da təsadüfi deyil. Azərbaycanda yaradılan müasir otel idarəçiliyi və bu sahənin inkişafı həmin məsələdə mühüm əhəmiyyət kəsb edir.

Son illərdə ölkənin sosial-iqtisadi inkişafı sayəsində yaradılan müasir turizm infrastrukturunda bu otelin də xüsusi rolu olacaq. Azərbaycanda ictimai, siyasi və iqtisadi sahələrdə sabitlik, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, mətbəxi və ən əsası qonaqpərvərliyimiz dünyada böyük maraqla qarşılanır. Bu fakt son illərdə Azərbaycana gələn turistlərin sayındakı artımda da özünü aydın göstərir. Ölkəyə turistlərin cəlb olunmasında bu cür müasir otellərin yaradılmasının rolu danılmazdır. Belə müasir turizm obyektinin bütün dünyanın diqqət mərkəzində olan "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığını təmin etməyə və paytaxt Bakının turizm potensialını nümayiş etdirməyə də imkan yaradır.

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Prezident İlham Əliyev dedi: "Bulvar Hotel"in açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Otellə tanış oldum, çox gözəl oteldir, ən müasir səviyyədə tikilib. Xarici görünüşü, daxili dizaynı ən yüksək səviyyədədir. Bu, Azərbaycanın, bəlkə də bölgənin ən böyük otelidir. Belə böyük otelin tikintisi əslində onu göstərir ki, Azərbaycana gələn qonaqların sayı gündən-günə artır. Baxmayaraq ki, son iki-üç il ərzində Bakıda 10-a yaxın müasir otel istifadəyə verilib, ən böyük otelin tikintisinə də ehtiyac var idi".

Dövlət başçısı qeyd edib ki, otelin yerləşməsi də çox gözəldir: "Ağ Şəhər bulvarında yerləşir. Bu da yenilikdir. Çünki bildiyiniz kimi, bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zövq oxşamayan digər tikililər olmuşdur. İndi isə bütün bu ərazi ictimai zona, bulvarın davamı kimi Bakının sakinlərinin sərəncamına verilir".

Prezident deyib ki, Ağ Şəhər bulvarı nadir bir memarlıq əsəridir, əslində Bakı bulvarının davamıdır: "Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq Meydanı bulvarı və Bayıl bulvarı vahid bir kompleks təşkil edir. Uzunluğu isə 16 kilometrə bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, 100 il bundan əvvəl salınmış Bakı bulvarının uzunluğu cəmi 3,5 kilometr olub. Yəni, bütün bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zavodlar, hərbi təyinatlı müəssisələr var idi ki, onlar köçürüldü və bu gün dünya miqyasında Bakı bulvarı kimi ikinci gözəl yer, ikinci gözəl bulvar yoxdur. Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında "Bulvar Hotel" tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər.

Bir daha demək istəyirəm ki, bölgənin, regionun ən böyük otelinin Bakıda tikilməsi, xüsusilə son illər ərzində "Hyatt", "Sheraton" "Four Seasons", "Marriott", "Kempinski", "Jumeirah", "Hilton", nəhayət, "İnturist" - bütün bu otellər tikiləndən sonra yenə də böyük otelin inşası inkişafımızın ən gözəl göstəricisidir. Mənə verilən məlumata görə, burada 700-dən çox iş yeri açılıbdır ki, onların əksəriyyəti Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bu da çox gözəl əlamətdir. Həm yüksək maaş verilir, həm də ki, insanlar işlə təmin olunurlar. Görürəm ki, işləyənlərin əksəriyyəti gənclərdir və burada artıq gözəl təcrübə toplamısınız. Əminəm ki, gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsınız. Sizi bir daha ürəkdən salamlayıram və sizə uğurlar arzu edirəm".

Sonda xatirə şəkli çəkdirildi.

OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Bütün xəbərlər