Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib (FOTO)

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.

Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçiriblər.

Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilib.

Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endirib. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınıb. Əks-hücum əməliyyatına atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutub.

Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri səsləndirilib.

Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: "Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır".

Ali Məclisin sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd edib, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirərək deyib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini qiymətləndirərək demişdir: "Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür". Bu gün bu güc, bu birlik böyük Atatürkün vaxtı ilə "türkün qapısı" adlandırdığı Naxçıvanda özünü bütün əzəməti ilə bir daha göstərdi. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək - iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir. Keçirilən birgə hərbi təlim bir daha göstərdi ki, o ordu güclü deyil ki, onun silah-sursatı və hərbi texnikası var. O ordu güclüdür ki, onun əsgər və zabitində döyüş ruhu güclüdür, vətənpərvərdir. Bugünkü təlimlər yüksək əsgəri ruhun, peşəkarlığın və vətənpərvərliyin ifadəsinə çevrildi".

Ali Məclisin sədri hərbi təlimdə iştirak edənləri uğurlu nəticə münasibətilə bir daha təbrik edib, təlimlərdə birgə iştiraka və tərəfdaşlığa görə təşəkkürünü bildirib və çıxışını "Yaşasın Azərbaycan-Türkiyə dostluğu!" ifadələri ilə tamamlayıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Bugünkü birgə təlimlər bir daha sübut etdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Z.Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ü.Dündar deyib ki, birgə hərbi təlimlərin uğurla yerinə yetirilməsi dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin güc birliyinin göstəricisidir: "Təlimləri izləyərkən bir daha əmin olduq ki, istər Azərbaycan Respublikasının, istərsə də Türkiyə Silahlı Qüvvələrinin bugünkü döyüş hazırlığı yüksək səviyyədədir. Hər iki Silahlı Qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda, iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər". Ü.Dündar birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq edib, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirib.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ü.Dündar hərbi təlimdə iştirak edən şəxsi heyətlə xatirə şəkli çəkdiriblər.

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilib.

X X X

Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ü.Dündar qərargah binasının açılışını bildirən lenti kəsiblər.

Məlumat verilib ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi vardır. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilib, kompyuterlər quraşdırılıb. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu haqqında söylədiyi fikirlərdən və ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əks olunduğu fotoşəkillərdən ibarət guşələr yaradılıb.

Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olub.

Bildirilib ki, 3 mərtəbədən ibarət olan əsgər yataqxanası 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. "Xidmət etdiyim diyar" guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilib.

Yüksək şəraiti olan əsgər yataqxanasının istirahət və təlim otaqları da müasir tələblərə cavab verir. Binada əsgərlərin asudə vaxtının səmərəli təşkili nəzərə alınıb, ideoloji otaqda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, məlumat stendləri, qəzet və jurnallar qoyulubdur.

Hər iki binanın həyətində də geniş abadlıq işləri aparılıb, mini futbol və voleybol meydançaları istifadəyə verilib.

X X X

Həmin gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov və Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxıblar.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni "Naz Lifan" markalı xidməti avtomobil və 20 ədəd "KamAZ" markalı yük maşınları verilib, maddi-texniki baza daha da möhkəmləndirilibdir.

Hazırda hərbi hissələrin bazasında ən müasir döyüş texnikaları və müxtəliftəyinatlı avtomobillər vardır. Atəş idarəetmə maşınları, yüksək hündürlükdə meteoroloji şəraiti ölçmə sistemi, təxliyə avtomobilləri, ultrasəs və ekokardioqrafiya aparatı ilə təmin olunmuş tibb qoşquları, zabit və rəis heyətinin səhra şəraitində iş və istirahətinin təşkili üçün nəzərdə tutulan qoşqu və avtomobillər döyüş zamanı şəxsi heyətin fəaliyyətinin düzgün təşkilinə imkan verir.

Nümayiş etdirilən müasir yaylım atəşli reaktiv sistemlər, tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları, müxtəlif çaplı silahlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir. Səhra şəraitində istifadə olunan müasir texniki vasitələr də ən yüksək tələblər səviyyəsindədir. Səyyar texniki-təmir emalatxanaları çətin təbii xidmət şəraitində geniş imkanlara malikdir.

Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
Loading Bars
Xəbər lenti
Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək
Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
“Azərbaycan görüntü xatirinə danışıqlarda iştirak etməyəcək” – “Hədəf”də TƏHLİL
Sentyabrın 25-i üçün teledərslərin cədvəli açıqlanıb
Bakıda mənzildən iki qadın meyiti tapılıb
İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir
Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb
Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib (FOTO)
“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb (FOTO)
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir: Saxta paylaşımlarla Türkiyə-Azərbaycan əlaqələrinə "çamur atılır" (FOTOFAKT)
Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı
Azərbaycan nefti bahalaşıb
DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb
Ombudsmanın Milli Preventiv Qrupu Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib
PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
HHQ-nin təlim-döyüş uçuşları keçirilir (FOTO/VİDEO)
Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədr müavini ilə görüşüb (FOTO)
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir
Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub (FOTO)
Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb (FOTO)
ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycanda ilk borc fondu təsis edilib
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik
Dövlət Turizm Agentliyinin və AQTA-nın səlahiyyətləri artırılıb
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək - DİM sədrindən AÇIQLAMA
Sentyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb (FOTO)
Pərvin Kərimzadə: Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı
İqtisad Universitetinin bir qrup əməkdaşı fəxri ad və ordenlərlə təltif edildi
Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
İqtisad Universitetinin professoru Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)
Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı
Ceyhun Bayramov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb (FOTO)
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb (FOTO/VİDEO)
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi (FOTO)
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)
Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)
Bu gün 19 şagirddə koronavirus aşkarlanıb
“Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Azərbaycanda Elektron Su Portalı istifadəyə verilib (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib
Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
Səhiyyə Nazirliyinin şöbə müdiri pandemiya dövründə təhsil müəssisələrindəki vəziyyətdən danışıb
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb (FOTO)
Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib (FOTO/VİDEO)
Mikayıl Cabbarov: “AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq (FOTO)
LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb
Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanda İLK olan layihənin icrasına harda başlanılıb? (FOTO)
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
Silk Way Group MAA ilə birlikdə təyyarələrin istismarı üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir
Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
Bakının mərkəzində böyük ilan peyda oldu (FOTO/VİDEO)
Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salınıb
Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır
“LUKOYL-Azərbaycan” açıq tender elan edir
Bu il Bakıda daha 14 yol kəsişməsində sarı torlar çəkiləcək
Sabah 29 dərəcəyədək isti olacaq
Suriyadan Qarabağa erməni silahlıları gətirilib
Mikayıl Cabbarov Daşkəsən rayonuna gedib
Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb - Sərəncam
Zalkaliani: BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir
Deputat: Paşinyanın komandası Soros və digər təşkilatların nümayəndələrindən ibarətdir
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb (FOTO)
Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO)
Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
Xətai rayonunda 5 küçə təmir olunub (FOTO)
Turizm eksperti: Təyyarə biletlərinin qiymətində endirimlər müşahidə olunur
Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub
Bütün xəbərlər