Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlkin İzzət/
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Trend-in məlumatına görə, bu barədə səfir "Twitter"dəki səhifəsində yazıb.
İ.A.Coşqun yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.