...

Əli Əhmədov fransalı diplomatla hansı məsələləri müzakirə edib?

Siyasət Materials 26 May 2015 12:10 (UTC +04:00)
Mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Monye ilə görüşüb.
Əli Əhmədov fransalı diplomatla hansı məsələləri müzakirə edib?

Azərbaycan, Bakı, 26 may /Trend/

Mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Monye ilə görüşüb. Bu barədə Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat verib.

Səfir ölkələrimizin dostluq münasibətlərini xatırladaraq, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən Baş nazirin müavini Əli Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd etdi, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini deyən Əli Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti