...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Siyasət Materials 8 İyun 2015 16:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti