Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair müzakirələr aparacaq və münaqişə zonasından olan məcburi köçkünlərə də baş çəkəcək.
Trend-in məlumatına görə, bu barədə Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.
Diplomat həmçinin I Avropa Oyunlarının bu gün keçiriləcək açılış mərasimini səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.