...

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi prosesini müvəqqəti dayandırıb

Siyasət Materials 13 İyun 2015 15:12 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Konsulluq xidmətləri Bürosu cümə günündən etibarən texniki nasazlığa görə müvəqqəti olaraq xaricdəki səfirliklərində viza və xarici pasportların verilməsi prosesini dayandırıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi prosesini müvəqqəti dayandırıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Yelena Kosolapova/

ABŞ Dövlət Departamentinin Konsulluq xidmətləri Bürosu cümə günündən etibarən texniki nasazlığa görə, müvəqqəti olaraq xaricdəki səfirliklərində viza və xarici pasportların verilməsi prosesini dayandırıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında xəbər verilib.

Məlumatda deyilir ki, bu problem konkret ölkəyə, vətəndaşlıq barədə sənədə və ya viza dərəcəsinə aid edilmir: "Gecikmə mayın 26-dan sonra qəbul edilən ərizələrə aid ediləcək. Bu tarix çərçivəsində xaricdə ABŞ pasportuna ərizə verib, növbəti 10 iş günü ərzində səfər planlaşdırırsınızsa, zəhmət olmasa, ilk müraciət etdiyiniz ABŞ səfirliyinə və ya konsulluğuna təcili pasport üçün müraciət imkanlarını nəzərdən keçirin. Problemi mümkün olduğu qədər tez həll etməyə çalışacağıq və sistemin tezliklə tam işə düşəcəyinə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti