...

XİN-in rəhbərliyi və kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Siyasət Materials 10 İyul 2015 16:55 (UTC +04:00)
Peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
XİN-in rəhbərliyi və kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in mәlumatına görә, 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Xarici İşlər Nazirliyinin rəhbər heyəti 10 iyul tarixində Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb və xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilərək, Vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti