...

Banqkokda baş verən partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması araşdırılır

Siyasət Materials 18 Avqust 2015 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Banqkokda baş verən partlayış nəticəsində zərərçəkənlərin arasında ölkə vətəndaşlarının olması ilə bağlı məlumatın araşdırılmasını regiondakı səfirliklərə tapşırıb.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycanın regiondakı səfirliyi Tailandın dövlət qurumları ilə bu məsələni araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti