...

Parlament seçkisi ilə bağlı bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb

Siyasət Materials 31 Avqust 2015 16:25 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, foması, sayı və hazırlanması Qaydasını təsdiq edib.
Parlament seçkisi ilə bağlı bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, foması, sayı və hazırlanması Qaydasını təsdiq edib.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında həmçinin bir neçə partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, Yeni Azərbaycan Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Bildirilib ki, YAP-dan 158, VHP-dən 21, BAXCP-dən isə 10 nəfər səlahiyyətli nümayəndə qeydə alınıb.

İclasda "MSK-ya və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" təlimata dəyişikliklər edilib.

Bundan əlavə, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti