Mehriban Əliyeva: Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli uğurlu əməkdaşlığımıza daha bir nümunədir (FOTO)

Mehriban Əliyeva: Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli uğurlu əməkdaşlığımıza daha bir nümunədir (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 15-də - Bilik günündə paytaxtımızda dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının təntənəli açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə bu münasibətlə Bakıya gələn Rusiyanın səhiyyə naziri Veronika Skvortsova, universitetin rektoru Pyotr Qlıboçko da iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov və Səhiyyə naziri Oqtay Şirəliyev Mehriban Əliyevaya Bakı filialı haqqında məlumat verdilər. Filial 1951-1966-cı illərdə tikilən Elmlər Akademiyasının şəhərciyi kompleksinin binalarından birində yerləşir. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılıb. Eyni zamanda, Rusiya səhiyyə nazirliyi də Universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

Sonra Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rəmzi açılışını bildirən lent kəsildi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış oldular.

Bildirildi ki, filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsindən, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

Universitetin Bakı filialının tarix zalında Rusiya tibb elminin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tarixini əks etdirən foto və eksponatlardan ibarət sərgi təşkil olunub.

Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, gələcəkdə Bakı filialının nəzdində Rusiya və Azərbaycan tibb elminin tədqiqi tarixinin mərkəzinin yaradılması planlaşdırılır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı filialının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsova da fəxri qonaqlar kitabını imzaladı.

Bakı filialının konfrans zalında filialın və Moskvadakı universitetin müəllimləri arasında onlayn rejimində seminarlar, veb-konfranslar, telekörpülər keçiriləcək. Ali təhsil ocağında yaradılan Simulyasiya mərkəzi - müasir simulyasiya texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərəcək innovasiya-təhsil meydançasıdır. Bu mərkəz tələbələrin praktiki klinik elmlərə yiyələnməsi üçün nəzərdə tutulub.

Birinci xanım Mehriban Əliyeva Bakı filialının yerləşdiyi binanın bundan əvvəlki vəziyyətini əks etdirən stendlərlə tanış oldu.

Yeni tədris ilindən etibarən universitetin filialında 100 tələbə "müalicə işi" ixtisası üzrə dövlət sifarişi əsasında təhsil alacaq. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək verəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyaları tətbiq olunacaq və master-klaslar keçiriləcək.

Filialdakı kimya, fizika, biologiya auditoriyaları da ən müasir avadanlıqla təchiz olunub və peşəkar mütəxəssislərin yetişdirilməsinə imkan verəcək. Bu laboratoriyalar müəllim və tələbələr üçün avtomatlaşdırılmış işçi yerləri, multimedia kursları üçün interaktiv lövhələrlə təmin olunub. Tibb sahəsində fundamental elm sayılan anatomiyanın öyrənilməsi üçün Bakı filialında Anatomiya zalı yaradılıb. Bu zalda həm ənənəvi preparatlar vasitəsilə, həm də ən müasir texnologiyalarla insan orqanizmi haqqında biliklərə yiyələnmək mümkündür. Burada 3D anatomiya masası vasitəsilə virtual anatomiya tətbiq ediləcək. Zalda, həmçinin insan bədəninin sintetik zülalından əzələ modeli də var. Bu modeldə əzələlərin tərkibi insan əzələlərinə tam uyğundur. Anatomiya auditoriyasında praktiki dərslər keçiriləcək.

Sonra filialın akt zalında qonaqların, professor-müəllim heyətinin və ali təhsil ocağının ilk tələbələrinin iştirakı ilə görüş keçirildi.

Tədbir Rusiyanın və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başladı.

Mərasimdə Azərbaycanın birinci xanımı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva çıxış etdi: "Hörmətli Veronika İqorevna. Hörmətli Pyotr Vitalyeviç. Hörmətli qonaqlar, əziz dostlar, əziz tələbələr. Bu gün bütün qonaqlarımızı salamlamağa çox şadam və bizim bugünkü görüşümüz genişmiqyaslı və əlamətdar bir hadisəyə həsr edilir. Azərbaycan paytaxtında nəinki Rusiyanın, hətta dünyanın ən qocaman və ən nüfuzlu tibb universitetlərindən birinin - Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılır. Azərbaycanda belə bir filialın yaradılması haqqında Sərəncam Prezident tərəfindən bu il mayın 15-də imzalanıb, cəmi 4 ay keçib və filial öz qapılarını ilk tələbələrin üzünə açır. Şübhəsiz, bu, respublikamızın həyatında böyük hadisədir və mən Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, cənab Qlıboçkoya ölkəmizdə bu filialın yaradılması təşəbbüsünə görə dərin minnətdarlığımı bildirmək istəyirəm".

Mehriban Əliyeva qeyd edib ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti öz tarixi və ənənələri, məsuliyyət və həssaslıq ab-havası, sağlam mühafizəkarlığı yenilik axtarışları ilə əlaqələndirmək bacarığı ilə məşhurdur: "Rusiyanın ictimai, mənəvi və elmi həyatında Seçenov Universitetinin rolu sırf təbabətin hüdudlarını aşıb. Bu universitetin məzunları görkəmli alim-həkimlər, istedadlı həkim-praktiklər, çox məşhur ədəbiyyatçılar, jurnalistlər, ictimai xadimlərdir. Bu gün Azərbaycanda ilk gənc oğlanlar və qızlar bu təhsil müəssisəsinin kandarından keçir, öz gələcək peşəsinə doğru ilk addımlar atırlar. Onlar yüksək səviyyəli müəllimlərdən dərs alacaq, alimlərin mühazirələrini dinləyəcəklər. Onlara dünya şöhrətli alimlər mühazirə oxuyacaqlar. Əminəm ki, burada yüksək səviyyəli təhsil, savadlı həkim-praktiklər və alim-təbiblər pleyadasının formalaşması üçün hər cür şərait yaradılıb. Bizim paytaxtda yeni ali məktəbin, xüsusən dünya şöhrətli ali məktəbin filialının açılması dövlətimizin təhsil və elm sahələrində siyasətini yaxşı əks etdirir".

Azərbaycanın birinci xanımı deyib ki, tamamilə mübahisəsiz faktdır ki, hər bir dövlətin gələcəyi onun intellektual, elmi, təhsil potensialından asılıdır: "Biz gənclərimizi savadlı, bilikli, ölkəmizin uzunmüddətli inkişafını təmin edə bilən gənclər kimi görmək istəyirik. Buna görə də təhsil və elm sahələrinə investisiyalar bizim dövlətimizin siyasətində prioritet istiqamətlərdən biridir. Müstəqillik illərində bu sahədə çox iş görülüb. Təhsil və elm sahələrinin dəstəklənməsi, bu sahələrdə islahatlar üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Əlbəttə, bütün bunlar təbabət kimi mühüm sahəyə də aiddir. Son bir ildə ölkəmizdə, özü də təkcə paytaxtda deyil, regionlarda da klinikaların, tibb mərkəzlərinin, diaqnostika mərkəzlərinin demək olar ki, hamısı yenidən qurulub və ya yenidən tikilib. Onlar bugünkü bütün tələblərə cavab verən müasir avadanlıqla təchiz edilib. Lakin bütün bunlarla bərabər, biz çox yaxşı başa düşürük ki, tibb xidmətinin keyfiyyəti, ilk növbədə, həkimdən asılıdır. Buna görə də bu gün burada, bizim iştirakımızla baş verən hadisə - bu filialın, ən müasir təhsil proqramlarının, praktiki təbabətdə zəruri innovasiyaların tətbiq edildiyi universitetin filialının açılması, bütün bunlar, mən əminəm ki, ölkəmizdə təbabətin səviyyəsinə çox yaxşı təsir göstərəcək.

Demək istəyirəm ki, Azərbaycan ilə Rusiya arasında bütün tarix boyu səmimi və mehriban münasibətlər olub. Bu gün bizim dövlətlərarası münasibətlərimiz də məhz bu tarixi təməl üzərində qurulur. Bizim humanitar əməkdaşlığımız, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrimiz hələ Azərbaycan ilə Rusiyanın bir dövlətin hissələri olduğu illərdə formalaşıb və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra biz bu potensialı itirməmişik, hətta əksinə, onu artırmışıq. Biz bu vahid elmi-mədəni məkanı və Azərbaycanda böyük rus ədəbiyyatına güclü marağı qoruyub saxlaya bilmişik. Azərbaycanda rus dilində təhsil qorunub saxlanıb. Bizdə təhsilin rus dilində aparıldığı 300-ə yaxın məktəb fəaliyyət göstərir".

Mehriban Əliyeva əlavə edib ki, ölkəmizdəki ali məktəblərin əksəriyyətində rus sektoru var və Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli bizim uğurlu əməkdaşlığımıza daha bir nümunədir: "Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Azərbaycanda dünyanın ən məşhur universitetlərindən birinin - Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bu gün həmin universitet bizim abituriyentlər arasında həqiqətən çox prestijli və populyar ali məktəbə çevrilib. Bu universitetin məzunları artıq ölkəmizin ictimai həyatının müxtəlif sahələrində peşəkar fəaliyyətlə məşğuldurlar. Ümidvaram ki, yaxın gələcəkdə Seçenov Universitetinin filialı da öz məzunlarının parlaq pleyadası ilə fəxr edəcək.

Əziz dostlar, mənim üçün bu hadisə, Seçenov Universitetinin filialının açılması xüsusi məna kəsb edir. Mən bu universitetdə oxumuşam, bu universitetin fəxri professoruyam və məhz bu ali məktəbin divarları arasında yüksək mədəniyyət, mənəviyyat, mükəmməl peşəkarlıq ruhunda keçirdiyim tələbəlik illərinə, tələbə gəncliyimə görə taleyimdən razıyam. Mən bizə həm fundamental biliklər və peşə vərdişləri, həm də etika, mənəviyyat, humanizm ideyaları aşılamış müəllimlərimə dərin minnətdarlığımı bildirmək istəyirəm. Deyirlər, universitetlər elm məbədidir. Lakin mənə belə gəlir ki, tibb universiteti həm də şəfqət məbədidir. Təbabət xüsusi peşədir və öz həyatını təbabətə həsr edən insan fundamental biliklər, praktiki vərdişlərlə yanaşı, həssas qəlbə malik olmalı, başqasının halına acımağı, onun dərdinə şərik olmağı, ağrısını eşitməyi bacarmalıdır.

Bu gün mən Seçenov Universitetinin filialının ilk tələbələrinə müraciət edirəm. Sizi buna çağırıram ki, uzun illərdən sonra, siz artıq peşəkarlar kimi formalaşanda gündəlik gərgin peşə fəaliyyətinizdə bu şəfqət hissini itirməyəsiniz. Unutmayasınız ki, insanlar sizin yanınıza gəlir və özlərinin ən dəyərli hisslərini - öz həyatını və sağlamlığını sizə etibar edirlər. Bəzən xoş söz istənilən yüksək səmərəli dərmandan da yaxşı müalicə edir. Təbabət - həkimlik peşəsi insanın missiyası və fitri qismətidir. Buna görə də sizin hamınıza arzum budur ki, bu peşədə, bu qismətdə uğur qazanasınız.

Əziz dostlar, bu gün biz bu gözəl layihədə ilk addımlar atırıq. Əminəm ki, onun böyük gələcəyi var. Sizin hamınıza xoşbəxtlik, uğur, möhkəm cansağlığı diləmək istəyirəm. Ümidvaram ki, Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyi sizin hamınızın burada özünüzü evinizdə olduğu kimi hiss etməyiniz üçün maksimum şərait yaradacaq. Sizin hamınızı bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm, ən xoş arzularımı bildirirəm. Sağ olun".

X X X

Rusiyanın səhiyyə naziri Veronika Skvortsova filialın ilk tədris günü münasibətilə təbriklərini çatdırdı. O, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının Bakıda açılmasını əlamətdar hadisə adlandıraraq dedi:

-Bu gün bizim üçün əlamətdar gündür. Mən hamınızı Azərbaycan Respublikasının yeni ali təhsil müəssisəsinin - Bakı filialının ilk tədris günü münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə, qeyd etmək istərdim ki, Birinci Moskva Dövlət Tibb Universiteti Rusiya Federasiyasının tibb sahəsində aparıcı ali təhsil ocaqlarından biridir. Bu, ölkədə səhiyyə təhsilinin inkişafı ideologiyasını müəyyənləşdirən ali təhsil müəssisədir. Təsadüfi deyil ki, bu ali məktəbin bazasında bizim tədris-tibbi birliyimiz formalaşır. Həmin birlik bu və ya digər tədris proqramlarının, tibb profilli ali məktəblərin tələbələrinin praktiki hazırlıq planlarının əsas strategiyasını yaradır. Çox yaxşı haldır ki, bu aparıcı ali təhsil müəssisəsi bizə çox yaxın və dost ölkədə öz filialını açır. Sizin ölkənizlə bizim aramızda son onilliklər ərzində heç nə dəyişməyib. Həqiqətən də, bizim münasibətlərimizdə vahid mədəni məkan, vahid humanitar məkan mövcuddur. Azərbaycanda bizim xeyli dostlarımız yaşayır.

Rusiyanın səhiyyə naziri Bakı filialının peşəkar elm mərkəzinə çevriləcəyinə ümidvar olduğunu bildirdi. Qonaq filialın açılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım, universitetin məzunu Mehriban Əliyevaya minnətdarlığını çatdırdı.

X X X

Bakı filialına ən yüksək balla daxil olan birinci kurs tələbəsi Tural Hüseynov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professor adına cəmi 5 nəfərin layiq görüldüyünü və həmin şəxslər arasında Mehriban Əliyevanın da olduğunu qeyd edərək dedi:

-Bizim - gələcək həkimlərin gənc nəslinin, öz ölkəmizin vətəndaşlarının nümunə götürəcəyi insanlar var. Seçenov adına Universitetin tarixi ərzində yalnız 5 görkəmli şəxsiyyət fəxri professor adını alıb. Onlardan biri də Mehriban xanım Əliyevadır. Mənim deməyə sözlərim çoxdur, amma yalnız birini - ən əsasını deyəcəyəm: Çox sağ olun! Mənim və daha 99 tələbənin arzularının həyata keçirilməsində azacıq da olsa iştirak edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm.

X X X

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko diqqətə çatdırdı ki, Bakı filialı universitetin xaricdə açılan ilk filialıdır. O dedi:

-Bu əlamətdar hadisə təkcə işlərin gedişi nəticəsində deyil, həm də bizim rəhbərlərimizin - Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradələri sayəsində baş tutub. Biz fəxr edirik ki, birinci filialımızı Bakıda açmışıq. Çıxış edənlərin artıq dediyi kimi, Birinci Moskva Dövlət Tibb Universiteti həqiqətən ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biridir. Bu təhsil ocağı təkcə Rusiya Federasiyası üçün kadrlar hazırlamır, həm də bizim məzunlar demək olar ki, bütün ölkələrdə işləyirlər. Fəxr edirik ki, bizim universitetin məzunu Mehriban xanım bu ali təhsil ocağının fəxri professorudur. Onun dəstəyi, əzmkarlığı sayəsində biz bu gün "alma-mater"i artıq Bakıda da görürük.

Əziz dostlar, bu, prinsipcə çox qiymətlidir. Siz tələbələr də başa düşməlisiniz ki, öz ölkənizdə təhsil almaq, öz evinizdə həkim olmaq arzunuzu gercəkləşdirmək imkanı əldə etmisiniz.

Rektor bildirdi ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılması ilə bağlı təsis fərmanı hazırlanıb.

Pyotr Qlıboçko bu təsis fərmanını Mehriban Əliyevaya təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Britaniyada "omikron" ştammına yoluxma hallarının sayı 336-ya çatıb
Tramp Baydenin Putinlə görüşünü ABŞ tərəfi üçün qeyri-bərabər matç adlandırıb
Beynəlxalq Olimpiya Komitəsi ABŞ-ın Pekin Olimpiadısını diplomatik boykot etməsini şərh edib
Kanadada yük qatarının 39 vaqonu relsdən çıxıb
ABŞ-da 280-dən çox miqrant uşaq ailəsinə qovuşacaq
Ağ Ev Putin və Bayden arasında keçiriləcək görüşü şərh edib
Əl-Riyad üzrəində vurulan raketin fraqmentləri yaşayış sahələrinə düşüb
Neftin qiməti artmağa başlayıb
Fransada "omikron" ştammına 25 yoluxma halı qeydə alınıb
ABŞ Pekin olimpiadasını diplomatik boykot etdi
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Azərbaycan Burkina-Fasoya 100 min ədəd peyvənd göndərib
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Azərbaycan XİN rəhbərinin müavini IFRC Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ərdoğan Qətərə səfərə gəlib
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların rifahına yönəlib – Sahil Kərimli
Nağdsız ödənişlərin hansı faydaları var?
Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi
Prezident İlham Əliyev - Ermənistana: Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq (VİDEO)
Prezident İlham Əliyev: Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər (VİDEO)
Qubanın Qonaqkənd qəsəbəsinin sakini Prezident İlham Əliyevə şeir həsr edib
Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub
Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Müdafiə nazirinin müavini Moskvaya yola düşüb
Sinqapurda "omikron" ştammını müəyyənləşdirən test hazırlanıb
Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşüb (FOTO)
Birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik - Fərid Qayıbov (FOTO)
Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)
Londonda Pakistan icması ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər (FOTO/VİDEO)
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Britaniyada ən populyar oğlan adı Məhəmməd olub
Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib (FOTO)
DİN və prokurorluq adından istifadə edən dələduza hökm oxundu
İndoneziyada vulkan nəticəsində ölənlərin sayı 22-yə çatdı
Dekabrın 7-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Baş Prokurorluqda amnistiya qərarına dair brifinq keçirilib
Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ərazisinin yarıdan çoxu minalardan təmizlənib
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Telefon rabitəsinin 140 illiyi münasibətilə poçt markası buraxılıb
Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır (FOTO)
Azərbaycanın qeyri-neft ixracı 44% artıb
Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir
Avstriyanın yeni kansleri and içib
EKVİTA-nın dəstəyi ilə Agro Dairy Azərbaycanın aqrar sektorunda ilk ISO 37001 sertifikatlı şirkəti oldu
Narkotiklə tutulan şəxslərin digər cinayət əməllərinin də üstü açıldı (FOTO)
İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
AccessBank-dan illik 11%-dək qazandıran depozit
"Imperial Springs" Beynəlxalq Forumunda Çin Xalq Respublikasının Sədri açılış nitqi söyləyib (FOTO)
Xaricdən işlənmiş avtomobil alarkən nələrə diqqət edilməlidir?
Rusiyaya daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib
Ölkəmizə idxal edilən bibər məhsullarında virus aşkarlanıb
“Qanlıgöl”də vətəndaşların alçaldıcı videolarını çəkən dəstə üzvləri həbs edilib (FOTO/VİDEO)
Rusiyada iki nəfərdə "omikron" ştammı qeydə alınıb
Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı
Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır - Baş Prokurorluq
İranda daha 77 nəfər koronavirusdan ölüb
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb
Azərbaycanda son amnistiyaya düşən xarici vətəndaşların sayı açıqlanıb
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)
Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib
Könüllülər Forumu başlayıb (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada Heydər Əliyev Fondu tərəfindən inşa edilən 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Quba ABAD Factory” müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər (FOTO/VİDEO)
UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub (FOTO)
Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlanıb
Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)
Rusiyada "delta" ştammının unikal variantı tapılıb
Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu (VİDEO)
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bütün xəbərlər