...

İlham Əliyev Malta Prezidentini təbrik edib

Siyasət Materials 19 Sentyabr 2015 16:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidentini xanım Mari-Luiz Koleyro Prekayanı təbrik edib.
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekayanı təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti