...

Parlament seçkiləri ilə bağlı çap ediləcək seçki bülletenlərinin sayı açıqlanıb

Siyasət Materials 23 Sentyabr 2015 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Trend xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 35 gün qalmış seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiqlənməlidir.

Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə bağlı Milli Məclisin mətbəəsində 5 milyon 344 min 431 seçki bülleteni dərc ediləcək.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti