Azərbaycan, Bakı, 1 oktyabr /Trend Azər Niftiyev/
İndiyə qədər Azərbaycanda 53 siyasi partiya dövlət qeydiyyatından keçib. Onların arasında elələri var ki, fəaliyyətindən nə özlərinin, nə də cəmiyyətin xəbəri yoxdur. Yalnız sədri və möhürləri olan bu partiyaların çoxunun adını eşidən belə olmayıb.
Məsələn, çoxlarımız bilmirik ki, Azərbaycanda "Kəndli" adında partiya var. Və ya "Qorqud", "Mübarizlər", "Demokratik Sahibkarlar", "Xalq Demokratik", "Dirçəliş və Tərəqqi", "Birlik" və s.
Bu partiyaların sədrləri kimlərdir, nə zaman dövlət qeydiyyatından keçiblər? Ümumiyyətlə, hər hansı fəaliyyətləri varmı? Yəqin ki, bu sualların cavabını həmin partiyaların sədrləri özləri də bilmirlər.
Qeyd edək ki, bir müddət öncə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov mətbuata açıqlama verərək, fəaliyyətsiz partiyaların qeydiyyatının ləğvi məsələsini gündəmə gətirmişdi. O bildirmişdi ki, heç bir fəaliyyəti və sosial elektoratı olmayan siyasi partiyaların ləğvi günün tələbidir.
S.Novruzov haqlı idi və heç bir siyasi fəaliyyəti olmayan partiyaların adlarının kağız üzərində qalması nə onların özlərinə, nə də cəmiyyətə gərək deyil.
Trend dövlət qeydiyyatından keçmiş siyasi partiyaların siyahısını oxuculara təqdim edir:
1. Milli İstiqlal Partiyası
2. Dirçəliş və Tərəqqi Partiyası
3. Xalq Demokratik Partiyası
4. Ana Vətən Partiyası
5. Milli Demokrat İdrak Partiyası
6. Kəndli Partiyası
7. Vətəndaş Həmrəyliyi Partiyası
8. Müsavat Partiyası
9. Birlik Partiyası
10. Yeni Azərbaycan Partiyası
11. Vahid Azərbaycan Milli Birlik Partiyası
12. Vahid Azərbaycan Partiyası
13. Demokratik Azərbaycan Dünyası Partiyası
14. Müstəqil Azərbaycan Partiyası
15. Milli Qurtuluş Partiyası
16. Yurddaş Partiyası
17. Ümid Partiyası
18. Qorqud Partiyası
19. Milli Hərəkat Partiyası
20. Kommunist Partiyası
21. Milli Dövlətçilik Partiyası
22. Vətənpərvərlər Partiyası
23. Demokratik Sahibkarlar Partiyası
24. Azərbaycan Naminə Alyans Partiyası
25. Demokratik Maarifçilik Partiyası
26. Sosial Rifah Partiyası
27. Azərbaycan Liberal Partiyası
28. Sosial Demokrat Partiyası
29. Xalq Cəbhəsi Partiyası
30. Vahid Kommunist Partiyası
31. Sosial Ədalət Partiyası
32. Milli Konqres Partiyası
33. Vəhdət Partiyası
34. Respublikaçılar Partiyası
35. Xalq Partiyası
36. Liberal Demokrat Partiyası
37. Demokrat Partiyası
38. Mübarizlər Partiyası
39. Ədalət Partiyası
40. Milli Vəhdət Partiyası
41. Müasir Müsavat Partiyası
42. Azad Respublikaçılar Partiyası
43. Böyük Quruluş Partiyası
44. Azadlıq Partiyası
45. Demokratik İslahatlar Partiyası
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
47. Tərəqqi Partiyası
48. Böyük Azərbaycan Partiyası
49. Təkamül Partiyası
50. Vətəndaş Birliyi Partiyası
51. Klassik Xalq Cəbhəsi Partiyası
52. Vətəndaş və İnkişaf Partiyası
53. Milli Demokrat Partiyası