...

İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 5 Oktyabr 2015 13:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Səfir Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.

Paskal Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın yüksək səviyyəyə qalxdığını deyib.

İkitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin geniş sahələri əhatə etməsindən və əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti