...

Məzahir Pənahov: Kimlərsə cəmiyyəti çaşdırmağa çalışır

Siyasət Materials 5 Oktyabr 2015 17:34 (UTC +04:00)
“Bizim kiminsə namizədliyini qeydə almamaq marağımız yoxdur. Mərkəzi Seçki Komissiyasının bütün qərarları qanunvericiliyə əsaslanıb”.
Məzahir Pənahov: Kimlərsə cəmiyyəti çaşdırmağa çalışır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

"Bizim kiminsə namizədliyini qeydə almamaq marağımız yoxdur. Mərkəzi Seçki Komissiyasının bütün qərarları qanunvericiliyə əsaslanıb". Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, MSK indiyə qədər namizədliklərinin qeydə alınmasından imtina ilə bağlı müraciət edənlərin yalnız 10 nəfərinə mənfi cavab verib: "1823 namizəd arasında 10 nəfərə mənfi cavab verilməsi o qədər də böyük rəqəm deyil".

M.Pənahov deyib ki, MSK imkan tapan kimi namizədləri qeydə alır: "Bizim burada heç bir marağımız yoxdur. Ola bilin ki, kiminsə yerdlərdə buna marağı olsun, kiminsə kimdənsə xoşu gəlməsin. Amma biz imkan tapan kimi namizədləri qeydə alırıq. Biz imkan tapan kimi ən qatı müxalifət nümayəndələrinin namizədliyini qeydə almışıq. Bütün proseslər yüksək səviyyədə həyata keçirilib. Lakin kimlərsə cəmiyyəti çaşdırmağa çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti