Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans oktyabrda Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, səfər zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər: "Bu, Kosta-Rika xarici işlər nazirinin Azərbaycana ilk səfəridir".