...

Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində olub (FOTO)

Siyasət Materials 4 Noyabr 2015 16:18 (UTC +04:00)
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Müdafiə Universitetində olub.
Zakir Həsənov Qazaxıstanın Müdafiə Universitetində olub (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Müdafiə Universitetində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Z.Həsənov Qazaxıstan Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub. General-polkovnik fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.

Azərbaycanla Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti