...

Musa Qasımlı: Təxribat törətməyə cəhd edənlər qanun qarşısında cavab verməlidirlər

Siyasət Materials 8 Noyabr 2015 16:13 (UTC +04:00)
Radikal dini qrupların təxribat törətməsi halların qarşısı qətiyyətlə alınmalı və həmin hərəkətləri edənlər qanun qarşısında cavab verməlidirlər
Musa Qasımlı: Təxribat törətməyə cəhd edənlər qanun qarşısında cavab verməlidirlər

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Radikal dini qrupların təxribat törətməsi halların qarşısı qətiyyətlə alınmalı və həmin hərəkətləri edənlər qanun qarşısında cavab verməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı Sabunçu rayonunda bir qrup radikal dindarın ictimai qaydanı pozmaq cəhdinə münasibət bidirərkən deyib.

M.Qasımlı bildirib ki, Azərbaycan dünyəvi, demokratik dövlətdir:

"Ölkəmizdə din dövlətdən ayrıdır. Dindarların dini ayinlərini icra etmələri üçün dövlətimiz lazım olan bütün şəraiti yaradıb".

M.Qasımlı bildirib ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və dini ayinlərin icrası üçün yaradılan lazımi şəraitə baxmayaraq, radikal dini qrupların təxribat törətməsi, sabitliyi pozması və dövlətin işinə müdaxilə etməsi hallarına rast gəlinir:

"Belə halların qarşısı qətiyyətlə alınmalı və həmin hərəkətləri edənlər qanun qarşısında cavab verməlidirlər. Xüsusən xaricdən maliyyələşən və ya əlaqəsi olan qruplaşmalara qarşı qanunun bütün gücü tətbiq edilməlidir. Təxribat törətməyə cəhd edən lazımi hüquqi cəzasını almalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti