...

MSK parlament seçkilərinin nəticələrinin yoxlanılmasına yekun vurdu

Siyasət Materials 18 Noyabr 2015 15:38 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolların tərtib edilməsinə qərar verib.
MSK parlament seçkilərinin nəticələrinin yoxlanılmasına yekun vurdu

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolların tərtib edilməsinə qərar verib.

Trend-in məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O, qeyd edib ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi, 15 saylı Yasamal birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 52 saylı Quba seçki dairəsi, 82 saylı Ağcabədi seçki dairəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi, 85 saylı Şamaxı seçki dairəsi, 121 saylı Laçın seçki dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş seçki dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib.

Bunlar nəzərə alınaraq, MSK seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti