...

YAP-ın yaranmasının 23 illliyi münasibəti ilə partiya rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)

Siyasət Materials 21 Noyabr 2015 12:50 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illliyi münasibəti ilə partiyanın rəsmi şəxsləri Fəxri Xiyabanı ziyarət ediblər.
YAP-ın yaranmasının 23 illliyi münasibəti ilə partiya rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 illliyi münasibəti ilə partiyanın rəsmi şəxsləri Fəxri Xiyabanı ziyarət ediblər.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti və Siyasi Şurasının üzvləri, partiyanın Qadınlar Şurası və Gənclər Birliyinin nümayəndələri, eləcə də partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri YAP-ın yaranmasının 23 illiyi münasibətilə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti