• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın Türkiyəyə qarşı “erməni soyqırımı” məsələsindən istifadəsi strateji fəsad yarada bilər

30 Noyabr 2015 10:29 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Su-24 təyyarəsini Türkiyə tərəfindən vurulması Rusiyada bütün cəmiyyəti anti-Türkiyə əhval-ruhiyyəsinə köklədi. Rusiya ilə Türkiyə arasında ziddiyyətin mənbəyi "erməni soyqırımı" məsələsindədir. "Erməni soyqırımı"nı tanıyan Rusiya indi "erməni soyqırımı"nı tanınmamasına məsuliyyət müəyyənləşdirməklə iki ölkə rəhbərliyinin arasındakı indiki gərginliyin gələcək zamana ekstrapolyasiya edir. İki ölkə arasında indiki gərginliyin bünövrəsi Rusiyanın "erməni soyqırımı"nın 100 illiyində əndazəni asan iştirakı zamanı qoyuldu.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, erməni kartı Rusiyanın əleyhinədir və gələcəkdə də əleyhinə olacaqdır: "Ermənilərin Qərb dünyasındakı dəyəri onların antiRusiyaçılığı ilə ölçülür. Biz ermənilərin tarixdə olan digər antirusiyaçılığını, SSRİ-nin dağılmasındakı iştirakını və s. yada salmaq istəmirik. Bir şey aydındır ki, ermənilər rusları çox asanlıqla aldada bilirlər. Rusiya Ermənistanın antiqərbçiliyini maliyyələşdirmək imkanına və psixologiyasına malik deyil".

M.Əhmədoğlu deyib ki, Qərb isə Ermənistanın antiRusiyaçılığında maraqlıdır: "Bunu bir neçə dəfə sınaqdan çıxarıb. Bu məqsədlə Ermənistana külli miqdarda maliyyə və siyasi resurs ayırmağa hazırdır.
I.Suriyanın Kəsab hadisələri zamanı RF prezidenti V.Putin Ermənistan prezidenti S.Sərkisyana erməniləri qorumaq məqsədilə Kəsaba qoşun yeritməyi təklif etdi. Suriyanın ermənilərlə məskunlaşmış kiçik Kəsab şəhəri 2014-cü ilin martından radikal islamçı qruplaşmaların hücumuna məruz qaldı. Rusiyanın dövlət mətbu orqanları baş verənləri "Suriya ermənilərinin soyqırımı" adlandırdılr. Türkiyə günahlandırıldı. Sülhməramlı adı ilə Ermənistanın 6-7 dövlətdə qoşunu var. S.Sərkisyan Kəsaba qoşun yeritmədi, Kəsaba döyüşə gedən könüllüləri "Zvartnots" aeroportundan geri qaytardı. Suriya məsələsində Ermənistanın neytrallığını elan etdi. V.Putin bu təklifi irəli sürəndə Suriyada 80 minlik erməni icmasının sayı 60 minədək azalmışdı. İndi Suriyada cəmi 15-16 min erməni qalıb. Suriya məsələsi yaranandan Qərblə Rusiya arasında ziddiyyət var. Ermənistan Suriyada hətta erməniləri müdafiə məsələsində V.Putini dəstəkləmədi.
II. Ermənistan çərkəz və erməni "soyqırımları"nın qarşılıqlı tanınması məsələsini aktuallaşdırdı. Prezident S.Sərkisyan bunu Dağlıq Qarabağda döyüş dostu olmuş E.Enfiacyan vasitəsi ilə reallaşdırdı. E.Enfiacyan "Los-Anceles Geosiyasi Klubunun" rəhbəri olmaqla yanaşı, S.Sərkisyanın bu şəhərdə, o cümlədən Kaliforniya ştatındakı mülklərinin idarəçiliyində iştirak edir. Azərbaycan mətbuatının erməni və çərkəz "soyqırımları"nın tanınması məsələsinə diqqət ayırmasından sonra bu məsələ Rusiya rəsmilərinin diqqətinə gəldi. Nəhayət S.Sərkisyan dostu E. Enfiacyanın fəaliyyətini dayandırmalı oldu.
III. 2013-cü ilin iyulunda Ermənistan-Türkiyə sərhədində Türkiyə vətəndaşı çoban Mustafa Ülkər öldürüldü. Türkiyənin Qars vilayətinin sakini olan Ülkər milliyətcə azərbaycanlı idi. Otardığı qoyunlar sərhədin Ermənistan tərəfinə keçir. Qoyunlarını geri qaytarmaq üçün sərhədi pozmalı olur. Ermənistan ictimai-siyasi mühiti bu hadisəyə tam antirusiya rəng verdi: Türklər bilirlər ki, Ermənistan-Türkiyə sərhədini ruslar qoruyur və milliyətcə azərbaycanlı Türkiyə vətəndaşını da milliyətcə rus olan rus sərhədçisi öldürüb. Bu Rusiya hökumətindən gələn tapşırıqdır. Məqsəd guya normallaşmaqda olan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərini pisləşdirməkdir. Bu bizim yox ermənilərin fikirləridir. Ermənilər bu mövzunu hətta Qərb mətbuatında aktuallaşdırdılar.
IV. Ermənistanın rəsmiləri dəfələrlə Gümrü-Qars dəmir yolunu bərpa etməyə cəhdlər ediblər. Hal-hazırda da Qars-Gümrü dəmiryolunun Ermənistan hissəsi tam gücü ilə fəaliyyətə başlamaq üçün hazırdır. Qars-Gümrü dəmiryolunun göz bəbəyi kimi qoruyan ermənilər Ermənistanı Rusiya ilə birləşdirən dəmiryolunu söküb dağıdıblar. Necə deyərlər hətta yerini qaşıyıblar.
V. 2009-cü ilin iyul ayında Ermənistan-Türkiyə Sürix protokolları da Ermənistanın Rusiyadan uzaqlaşıb, Türkiyəyə qaçmasının rəsmi dəlilidir. R.Koçaryan və S.Sərkisyan sonradan adı "futbol diplomatiyası" olan gizli diplomatiyanı işə salarkən Rusiya ilə məsləhətləşməmişdi. Rusiyanın ən sonda xəbəri oldu. Məhz ona görə də S.Lavrov Sürixdə E.Nalbandyana "imzala, çıx get" əmrini verdi. Türkiyə ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi səbəbindən Sürix protokolları nəticəsiz qaldı.

Politoloq qeyd edib ki, Türkiyə mətbuatının yazdığına görə, həmin dövrdə Rusiyanın xüsusi xidmət orqanları Ermənistanla Türkiyə arasındakı gizli danışıqların bütün materiallarını Azərbaycana ötürübmüş: "Rusiya belə ermənilərə inanırsa, dəstək verirsə özü bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • erməni soyqırımı
  • Rusiya
  • Ermənistan
  • Türkiyə
  • Mübariz Əhmədoğlu
Azernews Newspaper
Digər xəbərlər
ABŞ Ermənistanda bütün tərəfləri konstruktiv dialoqa çağırıb
Dünya xəbərləri 03:12
Makron Suriya məsələsinin həllinə Rusiya və Türkiyə ilə birgə nail olmağı zəruri hesab edir
Dünya xəbərləri 24 Aprel 23:51
Paşinyan: Müxalifət etirazları dayandırmayacaq
Dünya xəbərləri 24 Aprel 21:50
Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram
Dünya xəbərləri 24 Aprel 20:30
4 min rusiyalı "xəstəxanalıq oldu" - Gənə dişləyib
Hadisə 24 Aprel 17:02
Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək
Dünya xəbərləri 24 Aprel 15:17
Azərbaycan XİN münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır
Dağlıq Qarabağ Münaqişəsi 24 Aprel 12:59
Türkiyədəki zəlzələdə xəsarət alanların sayı artıb (YENİLƏNİB)
Hadisə 24 Aprel 12:04
Türkyə Afrində uşaq xəstəxanası açıb
Dünya xəbərləri 23 Aprel 21:24
Ermənistan onu beynəlxalq layihələrdə iştirakdan, inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu
Gündəm 23 Aprel 19:42
Rusiya XİN Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib
Dünya xəbərləri 23 Aprel 17:42
Nazir: Rusiya və Azərbaycan ticarət həcmini dəfələrlə artırmaq niyyətindədirlər
Biznes və iqtisadiyyat xəbərləri 23 Aprel 15:20
Türkiyədə partlayış olub, 7 ev yanıb
Hadisə 23 Aprel 10:07
Türkiyədə zəncirvari qəza: 22 nəfər xəsarət aldı
Hadisə 23 Aprel 10:01
Ermənistanda etiraz aksiyalarında 7 nəfər xəsarət alıb
Dünya xəbərləri 23 Aprel 09:11
Yerevanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb
Dünya xəbərləri 22 Aprel 21:48
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub
Hadisə 22 Aprel 20:35
Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
Dünya xəbərləri 22 Aprel 19:17
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter